“Azərişıq” mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır
Bakı, 11 noyabr, AZƏRTAC
Ötən gündən başlayan güclü külək səbəbi ilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Bakıda və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.
Bəzi ərazilərdə güclü külək ağacları, dam örtüklərini və kənar əşyaları xətlərin üzərinə aşırıb və qəzalara səbəb olub. Nəticədə naqillər və dayaqlar yararsız hala düşüb. Dərhal əraziyə cəlb olunan Qəza xidmətinin əməkdaşları müəyyən vaxt çərçivəsində bərpa işləri həyata keçirib. Gecə boyu fasiləsiz iş rejimində çalışan Qəza xidməti əksər qəza yerlərini qısa vaxtda elektrik enerjisi ilə təmin edib. Bakı şəhəri üzrə qəzalar aradan qaldırılıb, regionlarda bir neçə ünvanda qəzaların aradan qaldırılması işləri yekunlaşmaq üzrədir.
“Azərişıq” istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən “199” Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]