İQTİSADİYYAT
“Azərpoçt”la pul köçürməsi həyata keçirənlərə “Bakcell”dən pulsuz dəqiqələr
Bakı, 6 sentyabr, AZƏRTAC
“Bakcell” şirkəti “Ulduzum” sadiqlik proqramı çərçivəsində ölkənin vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə birlikdə yeni kampaniyaya start verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində “Azərpoçt”un istənilən şöbəsində “Zolotaya Korona” sistemi üzərindən pul köçürmələri həyata keçirən hər bir şəxs “Ulduzum” tərəfindən şəbəkədaxili danışıqlar üçün 5 dəqiqə əldə edəcək. Dəqiqələrin balansa yüklənməsi üçün abunəçi öz “Bakcell” nömrəsini “Azərpoçt” əməkdaşına təqdim etməlidir. Əldə edilən bonus dəqiqələri 3 gün ərzində istifadə edilə bilər. Kampaniya dekabrın 1-dək davam edəcək.