Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRREYL” VOLEYBOL KLUBUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ

- Hörmətli idmançılar, voleybolçular!

Əziz dostlar!

Sizi bir daha səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı, yeni-yeni idman qələbələri arzulayıram. Ümidvaram ki, siz çox gözəl qələbənizlə, Avropa kuboku uğrunda mübarizədə qələbənizlə gələcəkdə qazanacağınız daha böyük uğurlarınızın əsasını qoydunuz. Biz bunları gözləyəcəyik və həmişə sizinlə bərabər olacağıq ki, siz yeni-yeni qələbələrə nail olasınız.

Sizin qələbəniz, son aylarda, son illərdə keçirdiyiniz yarışlarda, voleybol oyunlarında əldə etdiyiniz nailiyyətlər bizim hamımızı sevindirir və hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurur. Mən televiziya ilə sizin oyunlarınıza da baxırdım. Sizin yarımfinal və final oyunlarınıza baxırdım. Mən görürdüm ki, siz nə qədər böyük cəsarətlə, həvəslə, vətənpərvərliklə oynayırsınız və sizdə qələbə üçün nə qədər böyük iradə var. Eyni zamanda, mən görürdüm ki, idman sarayında olan insanlar da - orada həddindən çox tamaşaçı, sizin azarkeşləriniz var idi - sizinlə bərabər həm gərginlik keçirirdilər, həm sevinirdilər, həm də qələbəni gözləyirdilər. Həm sizi görərkən, həm saraydakı tamaşaçıları görərkən, mən düşündüm ki, son illər Azərbaycanda idman nə qədər inkişaf edibdir. Biz artıq bunu qətiyyətlə deyə bilərik. İdmançıların əməyi, zəhməti nəticəsində inkişaf edibsə, eyni zamanda idman kütləvi xarakter alıbdır. İndi Azərbaycanda məktəblərdə, universitetlərdə, müəssisələrdə və mövcud olan idman oyunları saraylarında, olimpiya komplekslərində, demək olar ki, mütəmadi olaraq yarışlar keçirilir.

Bizim idmançılarımız, idmanla məşğul olan gənclərimiz çoxalıbdır. Onlar məşq edirlər, hazırlaşırlar. Hər biri qələbə üçün hazırlaşır. Bu, idmanın kütləviliyinin birinci tərəfidir. İkinci tərəfi isə odur ki, idmana nə qədər böyük maraq var. Mən bunları ona görə deyirəm ki, 7-8 il bundan öncə Azərbaycanda idman, demək olar, tamamilə ölmüşdü.

Keçmişdə Azərbaycanda idman yüksək səviyyədə olubdur. Ancaq təbiidir ki, indi, müstəqil Azərbaycanda idman keçmiş dövrlərin hamısından yüksək səviyyədədir. Amma bu yeni mərhələyə, yeni yüksək səviyyəyə qalxmaq üçün Azərbaycan idmanı, Azərbaycan idmançıları və Azərbaycan xalqı böyük bir çətin mərhələdən keçmişdir.

Xatırlayın, 1990-1992-1993-cü illərdə Azərbaycanın ən böyük idman meydançası, respublika stadionu kababçıların, alverçilərin, dükançıların ixtiyarına verilmişdi və stadion tamamilə dağılmışdı. Biz bu mənzərəni görəndə, təbiidir ki, çox dəhşətləndik. Amma eyni zamanda, Azərbaycanın böyük futbol stadionunun qaydaya salınması ilə məşğul olduq. İndi artıq o yüksək standartlara cavab verir.

Xatirimdədir, o vaxt bir dəfə buraya hansısa xarici ölkədən futbol komandası gəlmişdi. Dedilər ki, Bakıdakı o böyük stadion yaramır. Bu oyunu Sumqayıtda keçirmək lazımdır. Xatirinizdədir? Mən onda təəccüb etdim, axı nə cür ola bilər? Amma bu, həqiqət idi. Ancaq təkcə o deyildi, 1970-ci illərdə tikilmiş, indi sizin voleybol oynadığınız idman sarayını nə günə salmışdılar? Xatirlayın, bu yaxın vaxtlara qədər orada mebel satırdılar. Amma mən 1993-cü ildə buraya gələndə orada kabab da bişirirdilər, nə bilim, çayçı da var idi, dükan da var idi, hər şey var idi. Ayrı-ayrı adamların ixtiyarına vermişdilər. Onlar da hərəsi öz şəxsi məqsədləri ilə məşğul olurdular. Bunları kim etmişdi, mən bilirəm, o adamların adlarını da bilirəm. 1992-1993-cü illərdə burada hakimiyyətdə olan adamlar idi, indi onların bəzilərini qəhrəman hesab edirlər. Amma mən, sadəcə olaraq, bu gün o adları çəkmək istəmirəm. Çünki onlar layiq deyillər ki, bu mötəbər məclisdə adları çəkilsin.

Amma indi baxın, o mənfi hallar ləğv ediləndən sonra, ora qaydaya salınandan sonra,- bilirəm ki, son vaxtlar orada ciddi iş aparılıbdır,- həmin idman sarayında beynəlxalq yarışlar keçirilir. Təkcə voleybol yarışı yox, boks yarışı, başqa yarışlar da keçirilir. Həmin voleybol oyunları orada keçiriləndə bütün Azərbaycan televiziya ilə ona baxırdı. Hamımız sevinirdik. Həm sizin oyununuza və təbiidir, qələbənizə, həm də saraydakı yüksək əhval-ruhiyyəyə, insanların sevincinə görə. Amma bu da son deyildir.

Milli Olimpiya Komitəsi özünün gözəl bir idman kompleksini tikdi. Biz onu açdıq. İndi orada da həm müxtəlif yarışlara hazırlıqlar gedir, həm də beynəlxalq yarışlar keçirilir. Milli Olimpiya Komitəsi başqa yerlərdə də idman kompleksləri tikir. Onlardan birini də Maştağa qəsəbəsində tikdilər. Mən onun açılışında iştirak etdim. İndi o da fəaliyyət göstərir.

Nəhayət, bilirəm, mənə bu barədə İlham Əliyev məlumat veribdir ki, may ayında Azərbaycanda güləş üzrə Avropa cempionatı keçiriləcəkdir. Ona görə də bizim böyük idman sarayını indi qaydaya salırlar. İlham Əliyev bu işlə məşğul olur, şəhərin icra hakimiyyəti onun ətrafını abadlaşdırır.

O idman sarayı nəhəng bir qurğudur. Mənim xatirimdədir, 1973-cü ildə biz o sarayın təməl daşını qoyduq. O təməl daşını oraya mən qoymuşam. Mən onun tikintisi zamanı oranı ziyarət etdim, işlərlə maraqlandım. Tikildi, hazır oldu. Ancaq onun lazımi səviyyədə istifadəsi təmin olunmadı və o da digərlərinin vəziyyətinə düşmüşdü. İndi Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi onu qaydaya salırlar. Güman edirəm ki, biz may ayında orada güləş üzrə Avropa çempionatının şahidi olacağıq və yarışlara baxacağıq. Yəni bunlarla onu demək istəyirəm ki, bizim həm idmançılarımızın sayı artır, həm səviyyələri yüksəlibdir, - onlar beynəlxalq yarışlarda çox yüksək qələbələr əldə edirlər, - həm də Azərbaycanda idmanın kütləviliyi təmin olunubdur. Bir tərəfdən, idmana gənclərin çox böyük dəstəsi cəlb olunubdur, ikinci tərəfdən də, idmana ictimaiyyətin, vətəndaşlarımızın marağı son dərəcə artıbdır.

Məsələn, mən yaxşı bilirəm, sizin son, final oyununuzu Azərbaycanın hər yerində, hər bir evdə insanlar televiziya ilə seyr ediblər. Orada, sarayda olan insanları da siz görmüsünüz, biz də televiziya ilə görmüşük. Bunlar hamısı Azərbaycanda idmanın sürətlə inkişaf etməsini göstərir. Bu, son illərdə əldə etdiyimiz bütün başqa nailiyyətlərlə yanaşı, çox böyük əhəmiyyət kəsb edən nailiyyətdir. Çünki idman birinci növbədə, gənc nəslin fiziki və zehni cəhətdən sağlam böyüməsində, tərbiyə olunmasında, inkişaf etməsində xüsusi yer tutur, xüsusi rol oynayır. İdman millətimizin səhhətində, sağlamlığında xüsusi yer tutur. Bununla bərabər, idman mədəniyyətdir. İdman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir. Bizim idmanımızın səviyyəsi qalxdıqca, onunla bərabər Azərbaycan xalqının, Azərbaycanın mədəniyyəti də yüksəlir.

Nəhayət, idman belə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. Bunu siz idmançılar edirsiniz. Bu da sizin üzərinizə həm böyük məsuliyyət qoyur, eyni zamanda, sizə böyük hörmət gətirir. Çünki siz belə böyük işlər görürsünüz.

Təbiidir ki, biz hamımız bunlarla sevinirik. Biz sevinirik ki, Milli Olimpiya Komitəsi idman sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə edibdir. İdmanın maddi-texniki bazasının yaradılması və genişləndirilməsində çox işlər görübdür və bu gün də görür, gələcəkdə də görəcəkdir. Gənclər, İdman və Turizm Nazirliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və Milli Olimpiya Komitəsi ilə birlikdə bu işlərlə məşğul olur, idmanı inkişaf etdirir. Bunların hamısı Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdir.

Hörmətli idmançılar, bu nailiyyətləri siz əldə edirsiniz və biz bu nailiyyətlərə görə sizə borcluyuq. Təbiidir ki, bütün bu nailiyyətlərdə biz gərək Milli Olimpiya Komitəsinin, onun sədri İlham Əliyevin də xidmətlərini qeyd edək. Gənclər, İdman və Turizm Nazirlyinin, nazir Əbülfəz Qarayevin xidmətlərini də gərək qeyd edək. Ancaq mən, adətən, bu xidmətləri, sadəcə, qeyd edirəm. Amma sizin qələbələrinizi isə, gördüyünüz kimi, çox böyük həvəslə, məhəbbətlə deyirəm.

Mən ümidvaram ki, siz, təkcə siz yox, bütün başqa növlərlə məşğul olan idmançılarımız bundan sonra da böyük nailiyyətlər əldə edəcəklər, Azərbaycana yeni-yeni kuboklar, qızıl medallar, başqa nailiyyətlərin rəmzi olan mükafatlar gətirəcəklər. Eyni zamanda ümidvaram ki, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi bu işlərini bundan sonra da davam etdirəcəklər və idman Azərbaycanda inkişaf edəcəkdir. İdmanın kütləviliyini təmin olunması bizim hamımızın əsas məqsədimizdir. Bu yolda hamı çalışmalıdır.

Əziz dostlar, mənim əziz, gözəl qızlarım, sizi bir daha təbrik edirəm. Sizin hamınıza cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Komandanın baş məşqçisi Faiq Qarayevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mən hamınızı deyəndə, hamının adını çəkmək mümkün deyil, amma Faiq Qarayevin adını mən mütləq çəkməliyəm. Mən televiziya ilə baxanda müşahidə edirdim. Görürəm, bir tərəfdən çox tələbkardır, amma ikinci tərəfdən, onun üstünlüyü ondan ibarətdir ki, çox sakit bir adamdır. Baxırsan, onda nə həyəcan hiss edirsən, nə də narahatlıq. Bunlar hamısı onun daxilindədir, onu heç vaxt büruzə vermir. Voleybol meydançasının ətrafında çox sakit, çox təmkinlə öz fəaliyyətini həyata keçirir və bizim bu qızlara lazımi göstərişlərini çox təmkinlə, həmişə çox mədəni surətdə verir.

Ona görə mən Faiq Qarayevi həm nailiyyətləri ilə təbrik edirəm, həm də mən çox sevinirəm ki, bizim belə yüksək mədəniyyətə malik olan idmançımız, məşqçimiz var. Səni təbrik edirəm, sənə xüsusi təşəkkür edirəm. Bütün məşqçiləri təbrik edirəm. Hamınızı təbrik edirəm. Hamınıza cansağlığı arzu edirəm. Sağ olun.

\Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı\.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib