Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC: 101 ilin salnaməsi VİDEO

AZƏRTAC: 101 ilin salnaməsi VİDEO

Azərbaycanın ilk milli xəbər agentliyi yaranışının növbəti ildönümünü qeyd edir

Bakı, 1 mart, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın 101 yaşı tamam olur. Ötən bir əsrdə Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan SSR, onu isə müstəqil Azərbaycan Respublikası əvəzlədi. Əgər agentliyin bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, ölkəmizin və xalqımızın həyatının bitkin mənzərəsi yaranardı.

Tarixə qısa ekskurs

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyi yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət bu məsələni 1919-cu il martın 3-də müzakirəyə çıxardı və müvafiq qərar qəbul edildi. Lakin müəyyən səbəblərə görə həmin qərar təxminən bir ilə yaxın kağız üzərində qaldı. Nəhayət, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi fəaliyyətə başladı. Bundan iki ay keçmədi ki, Azərbaycan bolşevik işğalına məruz qaldı və Cümhuriyyət hökuməti süquta uğradı. Milli Teleqraf Acanslığı cəmi 58 gün fəaliyyət göstərsə də, adını tarixə yazdıra bildi.

SSRİ dövründə Azərbaycanın milli informasiya agentliyinin adı yeddi dəfə dəyişdirildi və bu, onun keçdiyi yolun mürəkkəbliyindən xəbər verir. Bolşevik işğalından sonra Azərbaycanda informasiya işi ROSTA-nın (Rusiya Teleqraf Agentliyinin) Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinə - AzKavROSTA-ya həvalə edildi. 1921-ci ildə AzərTAQ adlandırılan bu bölmə 1922-1936-cı illərdə üç Zaqafqaziya respublikasının agentlikləri birliyinin tərkibinə daxil oldu və ona ZaqTAQ adı verildi. Sonradan AZƏRTAC yenidən müstəqil informasiya orqanı kimi fəaliyyət göstərdi. Adlar dəyişsə də, mahiyyət dəyişmirdi. Azərbaycan Teleqraf Agentliyi, əslində, SİTA-nın filialına çevrilmişdi. Bununla belə, dövrün salnaməsini yazmaqda davam edirdi. Agentliyin arxivindəki fotolar respublikamızın sovet dövrdəki həyatı barədə müəyyən təsəvvür yaradır. Həmin fotoşəkillərin bir neçəsinə nəzər salmaq yerinə düşər.

   

1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra Azərbaycanın və AZƏRTAC-ın həyatında yeni dövr başladı. Müasir texniki avadanlıqla təchiz olunan, binası əsaslı təmir edilən, agentlik çox keçmədən SSRİ miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edib Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrildi. Heydər Əliyevin şəxsi nüfuzu hesabına müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC “Olivetti” markalı kompüterlərlə təchiz edildi.

1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Azərbaycan çətin sınaqlarla üzləşdi. Qanlı Yanvarda respublikada heç bir qəzet çıxmadığı, hətta televiziya verilişlərinin dayandırıldığı günlərdə də AZƏRTAC-ın jurnalistləri iş başında idilər. Onlar ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində Bakıda binaların divarlarına yapışdırırdılar. Fotomüxbirlərimiz isə küçə və meydanları, xəstəxanaları gəzərək imperiya ordusunun qanlı cinayətlərini lentə alırdılar. Sonradan bu fotolar bir sıra xaricə KİV-lərdə dərc olundu, 20 Yanvar şəhidlərinin dəfn mərasimində çəkilmiş "Milyon qəlbin göz yaşları" adlı fotoşəkil bütün dünyada məşhurlaşdı.

1992-ci il dekabrın 18-də tarixi adı bərpa olunan agentlik 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC adlanır.

 AZƏRTAC dünya informasiya məkanında

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışının ilk illərində AZƏRTAC-ın qarşısında beynəlxalq informasiya məkanına çıxmaq vəzifəsi qoydu. Ümummilli liderin 2000-ci ildə AZƏRTAC-ın 80 illik yubileyi münasibətilə agentliyə ünvanladığı təbrik məktubunda deyilirdi: “AZƏRTAC-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır”.

İdarə Heyətinin sədri Aslan Aslanov xatırlayır: “Bir dəfə Heydər Əliyev mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalı, OANA-nın üzvü olmalıdır. O dövrdə bizdə hətta media sahəsində də belə bir beynəlxalq təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi, Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilatda üzvlüyün zəruriliyini və faydasını öncədən görürdü. 2004-cü ildə biz OANA-ya daxil olduq, 12 ildən sonra isə bu təşkilata rəhbərlik etdik”.

1990-cı illərin əvvəlində Azərbaycanın informasiya baxımından xaricə çıxmaq imkanı yox dərəcəsində idi. İndi isə Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biri AZƏRTAC-dır. 2016-cı ildən 2019-cu ilədək AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Dünya tarixində ilk dəfə idi ki, bir agentlik eyni vaxtda dünyanın ən nüfuzlu iki informasiya təşkilatının rəhbəri seçilmişdi.

AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna) və digər nüfuzlu xəbər yayımçıları var. AZƏRTAC, həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA agentlikləri ilə əməkdaşlıq edir.

Agentliyin həyatında ən əlamətdar hadisələrdən biri 2016-cı ildə baş verdi. Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi. Prezident İlham Əliyev forumların açılışında geniş nitq söylədi, daha sonra forum iştirakçılarının bir qrupunu qəbul etdi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə həmişəlik yazıldı. 

AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi- mədəni və digər sahələrdə qazandığı uğurlara dair təxminən 15 min xəbəri, videosu və fotosu yayılır.

Hazırda AZƏRTAC ən müasir informasiya texnologiyaları ilə təchiz edilib. Agentliyin rəhbərliyinin və nümayəndələrinin yüksək səviyyəli media forumlarında iştirakına şərait yaradılıb. Bu da öz növbəsində beynəlxalq və regional media qurumlarında fəal mövqe tutmağı təmin etməklə yanaşı, agentliyin nüfuzuna müsbət təsir göstərir. Bir neçə məqamı xatırlatmaq yerinə düşər:

London, 17 may 2018-ci il, Press Association agentliyinin 150 illik yubiley mərasimi. Uels şahzadəsi Carlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbərləri ilə görüşür.

Hanoy, 19 aprel 2019-cu il, Vyetnamın Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi OANA icraiyyə komitəsi iclasının bir qrup iştirakçısını qəbul edir.

Seul, 7 noyabr 2019-cu il, Koreya Respublikasının Prezidenti Mun Ce-in OANA-nın XVII Baş Assambleyasında iştirak edən agentliklərin rəhbərləri ilə görüşür. Nümayəndə heyətinə OANA-nın Prezidenti Aslan Aslanov rəhbərlik edir.

AZƏRTAC Vətən müharibəsi günlərində

2020-ci il Azərbaycan tarixində xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Qələbə xəbərinin ilk müjdəçilərindən biri AZƏRTAC oldu.

Müharibədə söz də bir silah, jurnalist də bir əsgərdir. Fəaliyyətini bu prinsip əsasında quran AZƏRTAC-ın kollektivi ikinci Qarabağ müharibəsi başlayan andan bütün yaradıcı və texniki potensialını səfərbər etdi. Sutkanın 24 saatında xüsusilə gücləndirilmiş iş rejimində çalışaraq döyüş əməliyyatlarının gedişini anbaan işıqlandırdı, münaqişə və müharibə barədə həqiqətləri dünyanın hər yerinə yaymağa nail oldu. Eyni zamanda, informasiya savaşına qoşularaq, düşmən tərəfin uydurduğu yalanlarla, feyk-xəbərlərlə mübarizə işinə öz töhfəsini verdi. Həmin günlərdə qərargahı xatırladan agentliyin saytında “Cəbhə xəbərləri”, “Dünya erməni faşizmini görsün”, “İşğaldan azad edilmiş şəhər və kəndlərimiz” adlı bannerlər yaradıldı və bu mövzudakı bütün materiallar müvafiq bölmədə cəmləşdirildi.

Cəbhə bölgəsinə ezam olunmuş çəkiliş qruplarımız erməni təxribatlarını atəş altında lentə alırdılar. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə xain hücumları, yaşayış məntəqələrini raket atəşinə tutması barədə hər gün yüzlərlə foto və videoxəbər, reportaj və informasiya hazırlanır və agentliyin saytında yeddi xarici dildə yayımlanırdı. Əlliyə yaxın ölkənin tərəfdaş informasiya agentlikləri və digər aparıcı KİV-lər müharibənin gedişini işıqlandırarkən etibarlı və düzgün xəbər qaynağı kimi tanıdıqları AZƏRTAC-ın məlumatlarına istinad edirdilər.

Eyni zamanda, agentliyin xarici ölkələrdə fəaliyyət göstərən xüsusi müxbirləri müharibə dövründə yerli mətbuatda çoxsaylı materiallarla çıxış etdilər, televiziya və radiolara müsahibələr verdilər.

AZƏRTAC yeni əsrin salnaməsini yazmaqda davam edir

Vətən müharibəsindən qalib çıxan Azərbaycanın həyatında yeni dövr başlayıb. İşğaldan azad edilmiş Qarabağda düşmənin dağıdıb viran qoyduğu şəhər və kəndlərin bərpasına, yollar çəkilməsinə, aeroport tikilməsinə start verilib. AZƏRTAC-ın müxbirləri mütəmadi olaraq Qarabağ bölgəsinə ezam olunur, bərpa və quruculuq işlərini geniş işıqlandırırlar. Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və digər ərazilərdən reportajlar, foto və videoxəbərlər hazırlanaraq yayılır. Onların bir çoxu tərəfdaş KİV-lərdə də yer alır. 

 

Bu gün AZƏRTAC səkkiz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər buraxır. Bu uğurlar dinamik inkişaf edən Azərbaycana artan maraqdan, ölkəmizin dünyada söz və nüfuz sahibinə çevrilməsindən qaynaqlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan günbəgün müasirləşir, modernləşir. Qarabağ Zəfəri ölkəmizə marağı daha da artırır. Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi böyük mətbuat konfransı bunun növbəti parlaq təzahürü oldu. Mətbuat konfransına dünyanın 35-dən çox media qurumunun, o cümlədən Türkiyənin “TRT Haber” telekanalı, Anadolu Agentliyi, Rusiyanın TASS və RİA Novosti informasiya agentlikləri, Böyük Britaniyanın “Teleqraf”, “Independent” qəzetləri, “Reuters” İnformasiya Agentliyi, Yaponiyanın “JİJİ PRESS” İnformasiya Agentliyi, İspaniyanın “La Vanguardia” qəzeti kimi informasiya nəhənglərinin jurnalistləri gəlmişdi. Prezident onların 50-yə yaxın sualını cavablandırdı. Təxminən dörd saat yarım davam edən bu mətbuat konfransı bütünlüklə yazılı mətnə çevrilərək elə həmin gün AZƏRTAC-ın saytında yerləşdirildi və ölkə KİV-lərinə ötürüldü. 

Hazırda AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir. Prezidentin Sərəncamına əsasən agentlik üçün inşa olunan yeni ofis binasının tikintisi başa çatdırılıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Göstərilən bu diqqət və qayğı informasiyanın keyfiyyətini yüksəltməyə, agentliyin rəqabətqabiliyyətliliyini təmin etməyə zəmin yaradır.

AZƏRTAC ötən 101 ildə çox dəyişib, yeni texnologiyalar işin mühüm hissəsinə çevrilib. Lakin dəyişməyən onun dürüstlüyü və obyektivliyidir. Agentliyin media kimi imicinin yüksək olmasını şərtləndirən məhz bu amildir.

Obyektiv və doğru xəbərin ünvanı olan AZƏRTAC yeni əsrin salnaməsini yazmaqda davam edir.

AZƏRTAC: 101 ilin salnaməsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO