“AzScienceCERT” xidməti “Trusted Introducer” təşkilatında növbəti akkreditasiyadan uğurla keçib
Bakı, 12 mart, AZƏRTAC
“AzScienceCERT” xidməti GEANT-ın (Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi) tərkibində olan “Trusted Introducer” təşkilatında növbəti akkreditasiyadan keçərək sertifikat əldə edib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Babək Nəbiyev elmi şuranın iclasında məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, sektor müdiri ilk akkreditasiyanın 2012-ci ildə keçirildiyini söyləyib. “AzScienceNet”in “Trusted Introducer”in sertifikatına layiq görülmüş ilk Azərbaycan qurumu olduğu qeyd edilib. B.Nəbiyev, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının 2017-ci il üçün hazırladığı qlobal kibertəhlükəsizlik indeksində (Global Cybersecurity İndex) Azərbaycanın beynəlxalq hesabatda ilk 50 ölkənin, regional hesabatda isə ilk beş ölkənin sırasına daxil olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ölkələr bu indeksdə beş əsas göstəriciyə - qanunvericilik bazası, texniki məlumatlar, təşkilati məsələlər, keyfiyyətin yüksəldilməsi və əməkdaşlığa görə qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]