AZTƏMİNATLI TƏBƏQƏNİN SOSİAL MÜDAFİƏSI SAHƏSİNDƏ YENİ QANUNVERİCİLİK BAZASI HAZIRLANIR
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu ildən başlayaraq ölkəmizdə əmək pensiyası təminatının yeni sisteminə keçiləcəkdir. Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası” hələ 2001-ci ilin iyulunda təsdiq olunmuşdu. Sərəncama əsasən, ölkədə pensiya islahatları 4 il ərzində başa çatdırılmalı və yeni pensiya sistemi 2006-cı il yanvarın 1-dən fəaliyyətə başlamalı idi. Müvafiq qurumlar konsepsiyanın reallaşdırılması üçün nəzərdə tutulan tədbirləri, əslində, başa çatdırmışlar. Məqsəd bazar iqtisadiyyatına uyğun yeni sosial müdafiə sistemi formalaşdırmaqdır. “Ünvanlı sosial yardım haqqında” Qanun Milli Məclis tərəfindən qəbul edilərək, yanvarın 1-dən qüvvəyə minmiş, “Əmək pensiyaları haqqında” və “Dövlət sosial müavinətləri haqqında” qanunlar isə parlamentdə birinci oxunuşdan keçmişdir. Bu qanunlar ölkədə aztəminatlı təbəqənin cosial müdafiəsi sahəsində yeni qanunvericilik bazası sistemini təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [10:48]
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
- 09.10.2026 [10:43]
Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb
- 09.10.2026 [10:43]
® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq
- 09.10.2026 [10:22]
Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb
- 09.10.2026 [10:05]
Qızıl 70 dollaradək bahalaşıb VİDEO
- 09.10.2026 [10:02]
Birjalarda neft ucuzlaşıb VİDEO
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]