AzTU-da yay imtahan sessiyası başlanıb
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya iyulun 3-də yekunlaşacaq.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 10-16 iyun tarixlərini əhatə edəcək. İmtahanlar əyani təhsil alan I, II və III kurs tələbələri üçün test və yazılı-elektron üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurs tələbələri üçün imtahanlar test üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi üsulla keçirilir. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 9-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.