“Bakcell” şirkəti “Bakutel 2015” sərgisinin kommunikasiya tərəfdaşıdır
Bakı, 25 noyabr, AZƏRTAC
“Bakcell” şirkəti “Bakutel 2015” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin kommunikasiya tərəfdaşı qismində çıxış edir.
AZƏRTAC xəbər verir ki, “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirib ki, “Bakcell” ilk sərgidən başlayaraq “Bakutel”in daimi iştirakçısı olub. Sərginin keçirildiyi illər ərzində yüksək səviyyəli işgüzar münasibətlər yaranıb. Razılaşmaya əsasən, bu ilin noyabr ayından etibarən “Iteca Caspian” şirkətinin bütün əməkdaşları “Bakcell”in telekommunikasiya xidmətlərindən istifadə etməyə başlayıblar.
“Bakcell şirkəti ilk sərgidən başlayaraq “Bakutel”in daimi iştirakçısı olub. Telekommunikasiya sahəsinin önəmli tədbirlərindən biri olan “Bakutel” bizə mövcud və gələcək müştərilərimizlə birbaşa əlaqə saxlamaq üçün şərait yaratmaqla yanaşı əməkdaşlıq üçün yeni imkanlar açır”,- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.