“Bakcell” şirkətinin "Ulduzum" proqramı telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti”dir
Bakı, 18 sentyabr, AZƏRTAC
"Bakcell" şirkətinin "Ulduzum" proqramı Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində “Ən yaxşı istehlakçı xidməti” adına layiq görülüb.
Şirkətdən AZƏTRTAC-a bildirilib ki, Dubayda keçirilmiş nüfuzlu “Telecoms World Middle East Awards 2015” mükafatının təqdimetmə mərasimində “Bakcell”in "Ulduzum" proqramı “Telecoms World” təşkilatı tərəfindən 5 finalçı arasında birinci yerə layiq görülüb. Müsabiqə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrinin müxtəlif ölkələrindən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil edən 250 namizəd arasında keçirilib.
“Ən yaxşı istehlakçı xidməti” mükafatı ilə təltif olunması "Bakcell" üçün daha bir uğurdur. Şirkət müştəri ehtiyaclarının düzgün başa düşülməsi, göstərdiyi xidmətlərin və müştərilərinin ümumi təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində çox işlər görür. Bir milyon 400 nəfərdən çox abunəçisi ilə "Ulduzum" ən uğurlu və populyar proqramlardan biridir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə vasitəsilə "Bakcell" abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də "Android" platforması üzərindən "Ulduzum" endirimlərindən faydalana bilirlər.