Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Ali Neft Məktəbində “Məzun günü”

Bakı, 16 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) beşinci dəfə “Məzun günü” keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri, ali məktəbin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.

Öncə Azərbaycanın Dövlət Himni səslənib.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışına Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri yad etməklə başlayıb. Sonra Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor bildirib ki, ali məktəb 10 illik yubileyinə hazırlaşır. “Bu illər ali məktəbimiz üçün inkişaf və tərəqqi dövrüdür. SOCAR-ın tərkibində olmağımızla qürur duyuruq. İndi bizim məzunlarımız Azərbaycanda və dünyanın müxtəlif ölkələrində istehsalat təcrübəsi keçir. İndiyədək BANM-in məzunları yüz faiz işlə təmin olunublar. Hətta xarici ölkələrdə beynəlxalq səviyyəli şirkətlərdə çalışırlar. Onlar bizim qürurumuzdur. Bir sözlə, bizim tələbələrimiz Azərbaycanın intellektual əsgərləridir”, - deyə rektor vurğulayıb.

Elmar Qasımov qeyd edib ki, BANM-in məqsədi dünyanın ən nüfuzlu universitetləri sırasına daxil olmaqdır: “Təhsil, istehsalat və tədqiqat qızıl üçbucağına nail olarıqsa, dünyanın nüfuzlu universitetləri sırasında yer alacağıq”. O, Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin açılış mərasimindəki çıxışında “Biz neft kapitalını insan kapitalına çevirməliyik“ fikrini xatırladaraq vurğulayıb ki, BANM ailəsi buna nail olmağa çalışır. Ali məktəbin müəllim-professor heyəti, tələbələri və məzunlarının uğurları bunu bir daha təsdiq edir. Rektor məzunlara müraciət edərək bildirib ki, hər biriniz təhsil almağa getdiyiniz ölkələrdə Vətənimizi, Dövlətimizi, Ali Məktəbimizi və ailənizi ləyaqətlə təmsil etməlisiniz.

Bakı Ali Neft məktəbinin məzunlarının uğurlarından bəhs edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, BANM artıq bir brendə çevrilib. “Bu, sizin böyük zəhmətinizin nəticəsidir. 2006-cı ildə Prezident İlham Əliyev bizim qarşımızda beynəlxalq şirkətə çevrilmək tapşırığını qoydu. Lakin həmin vaxtlar bizim beynəlxalq səviyyəli mühəndislər, mütəxəssislərimiz çox az idi. Biz təqaüd proqramları həyata keçirdik və 300-dən çox gənci xarici ölkələrə mühəndislik ixtisasları üzrə təhsil almağa göndərdik. Lakin biz bununla kifayətlənə bilməzdik. Ona görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildə Bakı Ali Neft Məktəbi yaradıldı. Bununla da ölkə rəhbərinin neft kapitalını insan kapitalına çevirmək məqsədinə nail oluruq. Artıq Azərbaycanda beynəlxalq səviyyəli, ingilis dilli mühəndislər yetişir”, - deyə o qeyd edib.

Tələbələri ilə hər zaman qürur duyduğunu bildirən ali məktəbin professoru, Əməkdar müəllim Fuad Vəliyev isə vurğulayıb ki, tələbələr və məzunlar BANM-də aldıqları bilik və bacarıqlar sayəsində həyatlarının yeni mərhələsində özlərini təsdiq edə biləcəklər: “Siz bu ali məktəbdə həm yüksək səviyyəli təhsil aldınız, həm də ali mənəvi dəyərlərə malik Azərbaycan ziyalısı kimi yetişdiniz. Dünyanın müxtəlif yerlərində oxuyacaq, işləyəcəksiniz, lakin əminəm ki, BANM və SOCAR-a vəfa borcunuzu unutmayacaqsınız. Dünyanın müxtəlif universitetlərində çalışmışam, lakin heç bir yerdə tələbəyə buradakı qədər qayğı, diqqət görməmişəm”.

Xatırladaq ki, bir neçə gün öncə Bakı Ali Neft Məktəbinin müəllimləri “Yüksəliş” müsabiqəsinin qalibi olublar. “Məzun günü”ndə onlar - Orxan Quliyev, Ziya Mürsəlzadə və Güldənə Hidayətli səhnəyə dəvət ediliblər. Rektor Elmar Qasımov qaliblərə xatirə hədiyyələri təqdim edib.

Sonra diplomlar məzunlara təntənəli şəkildə təqdim olunub. Rektor Elmar Qasımov vurğulayıb ki, BANM Azərbaycanda yeganə ali məktəbdir ki, bütün məzunlara diplomlar məhz “Məzun günü”ndə təqdim edilir. Bu il də ənənəmizə sadiq qalmışıq.

Bu il BANM-i neft-qaz mühəndisliyi üzrə 41 nəfər, kimya mühəndisliyi üzrə 46 nəfər, proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 33 nəfər bakalavr, mühəndislik ixtisasları üzrə 15 magistr, Biznesin İdarə Edilməsi (MBA) proqramı üzrə 46 nəfər bitirib. İkili diplom proqramlarından məzun olanlardan 12 nəfər Heriot Vat Universiteti ilə birgə proqram üzrə, 19 nəfər Cenevrə Biznes Məktəbi ilə birgə proqram üzrə məzun adını qazanıb. Builki məzunlardan 7-si ABŞ-ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6-sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

Bu il BANM-in bakalavr və magistr məzunu olan 38 nəfər ABŞ, Kanada, İsveç, İtaliya, Niderland, Belçika, Macarıstan, Böyük Britaniya, Çexiya, Almaniya, Estoniya və Litvanın müxtəlif universitetlərinə daxil olublar. Eyni zamanda, 2021-ci il DİM tərəfindən magistraturaya qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən 4 nəfər BANM-in məzunlarıdır. 2021-ci ildə DİM tərəfindən doktoranturaya qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən İsmayıl Əkbərov da BANM-in məzunudur.

2021-ci ildə BANM-in kimya mühəndisliyi ixtisası üzrə məzunu Səfər Usubov, neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Aytac İsgəndərova, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə məzunu Səkinə Nağızadə öz ixtisaslarının birincisi olublar. Magistratura pilləsi üzrə isə Tünzalə İmanova birinciliyi qazanıb. Onlar fəxri plaketlə təltif olunublar. Diplom və plaketləri rektor Elmar Qasımov təqdim edib.

Daha sonra 2021-ci il məzun buraxılışı üzrə ali məktəbin birincisi olan Səfər Usubov adını rəmzi kötüyə həkk edib.

Nümunəvi tələbə çıxış edərək hər kəsə uğurlar arzulayıb və müəllimlərinə minnətdarlıq bildirərək qeyd edib ki, xarici ölkədə təhsilini başa vurduqdan sonra Vətənə dönüb yüksəkixtisaslı kadr kimi çalışacaq: “Bu gün burada çıxış etmək mənim üçün şərəfdir. BANM tələbəsi olaraq məşhur xarici şirkətlərdə istehsalat təcrübəsi keçmişəm. ABŞ-ın 12 ali məktəbinə daxil olmuşam. Bizə yaratdığı şəraitə görə rektor Elmar Qasımova təşəkkür edirik. Məqsədim peşəkar kadr kimi Vətənə dönüb SOCAR-da Heydər Əliyev adına Neft Emalı Zavodunda işləməkdir. Biz Ali Baş Komandanın intellektual əsgərləriyik!”

Tədbir Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərinə həsr olunan bədii hissə ilə davam edib.

İkinci Qarabağ müharibəsində şəhid olmuş baş leytenant Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur vətənpərvərlik mövzusunda şeirlə gənclərə səslənib. Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.

“Məzun günü”nün sonunda mantiya geyinmiş məzunların ənənəvi “papaqatma” mərasimi olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb