BAKI BANKLARARASI VALYUTA BİRJASI 15 İLLİK YUBİLEYİNİ QEYD EDİR
Bakı Banklararası Valyuta Birjası (BBVB) Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından 15 il keçir.
Azərbaycanda valyuta birjasının yaradılması təşəbbüsünü 1993-cü il iyulun 26-da ölkənin Milli Bankı və bir neçə dövlət kredit müəssisəsi - Beynəlxalq Bank, Əmanət Bankı, Sənaye-İnvestisiya Bankı və Aqrar-Sənaye Bankı irəli sürmüşlər.
Fəaliyyətinin lap əvvəlindən ölkənin maliyyə sisteminin mühüm elementinə çevrilmiş BBVB-nin əsas məqsədi mütəşəkkil valyuta bazarı yaratmaqdan ibarət olmuşdur. BBVB-nin təqdim etdiyi maliyyə xidmətlərinin spektri genişləndikcə onun fəaliyyətində universallıq prinsipi üstünlük təşkil edir.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət qısamüddətli istiqrazlarının (DQİ) dövriyyəsinə xidmət, səhm bazarı sektorunda ilk əqdlərin təşkili, Qiymətli Kağızlar Depozitarisinin yaradılması, fond bazarında mühasibat uçotu əməliyyatlarına dair standartların təsdiq edilməsi, listinq üzrə xüsusi komissiyanın təsis edilməsi, ilk banklararası kredit hərracları, eləcə də Universal Ticarət-Hesablaşma Birja Kompleksinin işə salınması kimi layihələr ölkəmizdə ilk dəfə məhz BBVB və onun səhmdarları tərəfindən həyata keçirilmişdir. Yeri gəlmişkən, bu kompleks 2001-ci ildə birjanın istifadəyə verdiyi, Cənubi Qafqazda ilk birja ticarəti sistemi olmuş “BEST” informasiya-ticarət sisteminin proobrazı idi.
BBVB öz yubileyini əlamətdar nəticələrlə qarşılayır. Bu il iyulun 25-dək BBVB-nin birja bazarlarında keçirilmiş bütün hərracların ümumi məbləği 1,74 milyard ABŞ dollarından çox olmuşdur. Bu, keçənilki bütün dövriyyənin 93 faizinə bərabərdir. 15 ildə birjada 4.500-dən çox alqı-satqı sessiyası keçirilmiş, BBVB-nin məcmu ticarət dövriyyəsi isə dollar ekvivalentində 15 milyarddan çox olmuşdur. Bu rəqəmlər bir daha sübut edir ki, BBVB-nin elektron hərrac sistemi həm yeni iştirakçılar cəlb edilməsi, həm də dövriyyədə olan maliyyə vasitələrinin və aparılan əməliyyatların həcminin artırılması baxımından kifayət qədər güclü inkişaf potensialına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Tovuzda ağır yol qəzası olub, ölən var
- 13.06.2026 [23:29]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [21:11]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [20:36]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:34]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [20:21]
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub
- 13.06.2026 [20:16]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [20:00]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [19:59]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:19]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:13]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [19:05]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [18:54]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:55]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:50]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:36]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [17:25]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [17:11]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [17:04]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [17:01]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:43]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:40]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:37]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:36]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:33]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [16:30]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [16:29]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [16:27]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:39]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [15:31]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:17]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [15:14]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [14:33]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [14:28]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [14:21]