BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 467 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4918 manata bərabər olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 467 min dollar təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4918,47 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 4 milyon 124 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 20,284 milyarddır. Bir əqdə, orta hesabla, 589 143 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 19,408 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 29-da illik 10 faizlə 1 milyard manat borc götürülməsinə dair
banklararası əqd qeydə alınmışdır. Kreditin müddəti 20 gündür.