BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 305 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4918 manata bərabər olmuşdur. Təklif 305 min və tələb 250 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və 1 ABŞ dolları üçün 4917 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4918,45 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 236 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 6,079 milyarddır. Bir əqdə, orta hesabla, 206 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 19,374 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 30-da Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd
bağlanmamışdır.