BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 100 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4905 manat olmuş və hərracın sonunadək dəyişməz qalmışdır. Təklif və tələb 100 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemindəki (EHBS) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4904,25 manat həddində idi.
EHBS-də USD/AZM T+0 aləti üzrə 5 milyon 609 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 27,514 milyarddır. Bir əqdə, orta hesabla, 400643 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 38,355 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyulun 27-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.