BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4907 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 130 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmiş və 1 dollar üçün 4907 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 3 milyon 228 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4907 manat olmuşdur.
Beləliklə, USD/AZM aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 3 milyon 358 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 16 milyard 478 milyondur. Bir əqdə, orta hesabla, 419 750 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 38,340 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Sentyabrın 23-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.