BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9152 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 3 milyon 460 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0006 bənd qalxaraq, 0,9146 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 21 milyon 250 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9146 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 24 milyon 710 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 22 milyon 600 AZN təşkil edir. Bir əqdə orta hesabla 2 745 556 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUR/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,21 faiz, ABŞ dolları üzrə isə 14,67 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 6,5 faizlə 600 000 USD həcmində 3 əqd və illik 13 faizlə və 13,5 faizlə hərəsi 300 000 USD üzrə digər iki əqd qeydə alınmışdır. Əqdlərin borcalma müddəti müvafiq surətdə 2, 90 və 91 gündür.