BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, iyunun 12-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8167 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8168 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 530 660 AZN məbləğində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə, 0,0004 bənd qalxaraq 1 dollar üçün 0,8164 AZN olmuşdur.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 904 704,50 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8168 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi həcmi 4 205 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 3 435 364,5 AZN təşkil etmişdir. Bir əqdə 382 272 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SVVP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. AUR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,79 faiz, ABŞ dolları üzrə isə 16,50 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən kredit bazarında illik 18 faizlə 60 gün müddətinə 500 000 USD məbləğində əqd bağlanmışdır.