BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə iyulun 14-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8054 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki,Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8071 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 805 700 AZN məbləğində əqdlər bağlanmışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına 0,0014 bənd qalxaraq 1 ABŞ dolları üçün 0,8057 AZN təşkil etmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1 727 162 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8052 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 5 195 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 4 184 547 AZN təşkil etmişdir. Bir əqdə 649 375 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SVVP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. AUR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16 faiz, ABŞ dolları üzrə isə 16,83 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən kredit bazarında iyulun 14-də əqdlər bağlanmamışdır.