Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 11 may (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) mayın 11-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7900 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USDAZN məzənnəsi 1 dollar üçün 0,7900 AZN-ə bərabər olmuşdur.
USDAZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 2 284 697 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7900 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 2,888 milyon dollar, yaxud 2 284 697 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,75 faiz, ABŞ dolları üzrə isə 13,36 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında mayın 11-də əqdlər qeydə alınmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:32]
Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
- 09.09.2026 [12:24]
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
- 09.09.2026 [12:07]
İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb
- 09.09.2026 [11:59]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 09.09.2026 [11:57]
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb
- 09.09.2026 [11:55]