Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Dövlət Universitetinin Tələbə Nəzarət Qrupunun üzvləri müşahidələrindən danışdılar

Bakı, 7 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) yaz semestrində imtahanların özəlliyi təkcə şifahi və onlayn formada keçirilməsi ilə deyil, eyni zamanda, nəzarət prosesi ilə yadda qaldı. İmtahanlara nəzarət rektor, prorektorlar, dekanlar, kafedra müdirləri və yeni yaradılan Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən həyata keçirildi.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tələbələri onlayn tədris prosesində fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə yaradılan Tələbə Nəzarət Qrupuna (TNQ) universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi, Gənclər Təşkilatı, Elmi Cəmiyyəti və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir. TNQ üzvləri BDU-da imtahan prosesi ilə bağlı təəssüratlarını bölüşüblər. Qrup üzvləri xüsusi qeyd ediblər ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların iştirakının təmin edilməsi universitet rəhbərliyi tərəfindən göstərilən etimad, diqqət və qayğının nəticəsidir.

Jurnalistika fakültəsinin III kurs tələbəsi Rəşad İmanov: “COVID-19 pandemiyası hər sahəyə olduğu kimi, təhsilə də öz təsirini göstərdi. Deyə bilərəm ki, onlayn imtahan sessiyası bizlərə çox darıxdığımız müəllimlərimizi, tələbə yoldaşlarımızı virtual görmək imkanı yaratdı. İmtahan ab-havasından ruhlanan tələbələr güzəştlərdən səmərəli istifadə edərək olduqca yaxşı nəticələr göstərdilər. Mənim üçün ən maraqlı anlar, şübhəsiz ki, fərqli fakültələrdə təhsil alan dostlarımın, sinif yoldaşlarımın imtahanında iştirak etmək idi. Digər bir məqam isə tələbə yoldaşlarımın imtahana hazırlıq səviyyəsi idi. Heç bir tələbə minimal bal almaq istəmir və bunun üçün əlindən gələni edirdi. İmtahan sessiyası ərzində müəllim-tələbə birliyi özünü göstərdi. Hər sahədə fərqliliyini qoruyan BDU bu sahədə də özünü müsbət mənada göstərdi”.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov: “Universitetimizdə pandemiya dövründə imtahanların yüksək səviyyədə həyata keçirilməsi gözlənilən bir hadisə idi. Lakin bununla kifayətlənməyən BDU rəhbərliyi onlayn mühazirələrə tələbələrin cəlb olunması, imtahan gedişinin hərtərəfli nəzarətdə saxlanılması və tələbələrin hər an müraciət edə bilməsi üçün Tələbə Nəzarət Qrupunun yaradılmasına qərar verdi. Mən də bu komandanın üzvü olaraq düşünürdüm ki, daha çox tələbələrin müraciətləri olacaq, lakin tam əksinə, yalnız təşəkkür və razılıq dolu mesajlar qəbul etdik. Düzdür, bizim üçün də çox maraqlı oldu. Hətta bəzən müəllimlər bizi imtahan verən tələbə hesab edib, bizdən də imtahan götürmək istəyir, bəzən isə texniki problemlərini bizə bildirirdilər. Əlbəttə ki, biz bütün universitetin müəllimlərini tanımırıq, amma bu sessiyada müəllimlərin əksəriyyəti humanizm prinsipini əsas götürərək tələbələri qiymətləndirdilər. Tələbə Nəzarət Qrupunun mənim üçün ən üstün cəhəti təcrübəmin daha da artmasıdır. İctimai fəaliyyətimdə də yeniliklər oldu, nəinki aktiv tələbələrlə, bütün tələbələrlə ünsiyyətdə oldum və yeni düşüncəli insanlarla tanış oldum”.

Hüquq fakültəsinin III kurs tələbəsi Firavan Əlizadə: “Sevindirici haldır ki, Tələbə Nəzarət Qrupunun üzvü oldum. Müşahidələrim zamanı görürdüm ki, tələbələr əvvəlcə onlayn imtahan prosesinə soyuq və narahat yanaşsalar da, imtahan gedişində bu münasibət dəyişirdi. Müəllimlərin qayğıkeş yanaşması, eyni zamanda, hər hansı problemdə fakültə və universitet rəhbərliyinin operativ reaksiya verməsi tələbələr tərəfindən xoş qarşılanır, onlar sərbəst şəkildə suallara cavab verərək yüksək nəticələr qazanırdılar. Mən özüm də imtahan sessiyasını ortalama 100 balla bitirdim”.

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Nərmin Heydərova: “Pandemiya dövrünə qədər BDU-da distant təhsil bazası yox idi, amma aprel ayından əlverişli və rahat onlayn sistem quruldu. Tələbə Nəzarət Qrupunun üzvü olaraq bir çox imtahanda iştirak etdim və fərqli fakültələrin müəllimlərinin imtahanda güzəştlər etdiklərinə şahid oldum. Tələbələr imtahana 50 balla girdikləri üçün 40+ qiymətlər alaraq əlaçı və ya zərbəçi olaraq sessiyanı başa vurdular”.

Kimya fakültəsinin IV kurs tələbəsi Emin Qulusoy: “Pandemiyanın davam etdiyi şəraitdə sessiyanı necə başa vuracağım, imtahanların necə təşkil olunacağı barədə düşünürdüm. Amma universitetimizin bu yöndə verdiyi tələbəyönümlü qərarlar bu sualları bir kənara qoyub imtahanlara adaptasiya olmağımıza kömək etdi. Tələbə Nəzarət Qrupunun üzvü olmaq bizim üçün yeni, fərqli və böyük təcrübə idi. Həmçinin bizdə müşahidə, ədalətli qərar, qiymətləndirmənin optimallığı və s. keyfiyyətlərin inkişafında böyük rol oynadı. Sevindirici haldır ki, tələbələrimiz edilən güzəştlərin mahiyyətini anladı və üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı”.

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Cəfər Gözəlov: “Tələbə Nəzarət Qrupunun üzvü olaraq bu semestrdə onlayn imtahanlarda iştirak etdim. Öncədən tələbələrə verilən maksimal giriş balından əlavə imtahan prosesində edilən güzəştlər tələbələrimizə əlverişli şərait yaratdı. TNQ ictimai fəaliyyətimizə əlavə rəng qatdı”.

Fizika fakültəsinin IV kurs tələbəsi Aynurə Salmanlı: “Pandemiya səbəbindən Bakı Dövlət Universiteti onlayn tədrisə keçdi. İntensiv şəkildə seminarlar, mühazirələr təşkil olundu və tələbələrin sualları cavablandırıldı. İmtahanların gedişinə universitet rəhbərliyi, eləcə də TNQ nəzarət etdi, şəffaflıq maksimum dərəcədə qorundu. Yaranan problemə Tələbə Nəzarət Qrupunun üzvləri də aydınlıq gətirdilər. Tələbələr imtahanlara əvvəlki qaydada, yəni ciddi şəkildə hazırlaşmışdılar. Müəllimlər tələbələrin sərbəst olmaları üçün maksimum şərait yaradırdılar. Tələbə Nəzarət Qrupunun üzvü kimi böyük təcrübə əldə etdim. Məsələn, yaranan problemlərə anında müdaxilə, obyektiv yanaşma. Bütün bunlar gələcək fəaliyyətimdə də mənə kömək edəcək”.

Fizika fakültəsinin IV kurs tələbəsi Sevinc Qənbərova: “Tələbə Nəzarət Qrupunun üzvü olmaq universitetdəki ictimai fəaliyyətimdə çox faydalı təcrübə oldu. Bunun gələcək karyeramda faydasını göstərəcəyinə inanıram. İmtahanlar şəffaf, ədalətli və tələbəyönümlü şəkildə başa çatdı. İlk dəfə virtual və şifahi imtahan verəcəyimiz üçün mən də daxil olmaqla bütün tələbələrdə həyəcan var idi. Amma universitet rəhbərliyinin tələbəyönümlü qərarları ilə bu həyəcan aradan qalxdı. Bakı Dövlət Universitetinin tələbəsi olaraq rektorumuza və müəllimlərimizə bizə bu çətin dövrdə dəstək olub, təhsilimizin geri qalmaması və imtahanları müvəffəqiyyətlə verib, yeni kursa keçməyimizə yaratdıqları şərait üçün təşəkkürümü bildirirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq