BAKI FOND BİRJASINDA NÖVBƏTİ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 16-da Bakı Fond Birjasında (BFB) dövlət qeydiyyatından keçmiş, ümumi məbləği 50 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 28 gün olan dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
İstiqrazlar 2008-ci il avqustun 13-də ödəniləcəkdir.
Hərrac zamanı, DQİ buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbuluna icazə verilmişdir.