Bakı məktəblərində rəqəmsal summativ qiymətləndirmələr keçirilir
Bakı, 22 dekabr, AZƏRTAC
2022-ci ildən başlayaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, summativ qiymətləndirmələr IV-XI siniflərdə bütün fənlər üzrə “Microsoft TEAMS” proqramı vasitəsilə aparılır.
Summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]
Gənc arxeoloqlara Ankara Universitetindən yüksək etimad
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]