BAKI METROPOLİTENİ İYULUN 21-DƏN YAY HƏRƏKƏT CƏDVƏLİNƏ KEÇƏCƏKDİR
Bakı Metropoliteni mövsümlə əlaqədar iyulun 21-dən yay hərəkət cədvəlinə keçəcəkdir.
Bu barədə AZƏRTAC-a metropolitenin rəisi Tağı Əhmədov məlumat vermişdir. Rəis bildirmişdir ki, yay hərəkət cədvəli yeni dərs ili başlananadək, yəni sentyabrın 15-dək davam edəcəkdir. Ənənəvi olaraq yayda sərnişinlərin sayının azalması hərəkət cədvəlini yüngülləşdirməyə, qatarların hərəkət sıxlığını azaltmağa imkan verir.
T.Əhmədov qeyd etmişdir ki, fevral- mart- aprel aylarında metrodan 600-650 min sərnişin istifadə etdiyi halda, yay dövründə onların sayı 480-500 min, bəzən isə hətta 450 min olur. Rəis bildirmişdir ki, gündüz saatlarında xəttə buraxılan qatarların sayı 24-dən 22-yə, axşam saatlarında 20-yə, saat 22-24 arası isə 18-ə endiriləcək, beləliklə də, qatarlararası interval artırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]