Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosu-54: metropolitençi olmaq məsuliyyəti

 Zəfər soraqlı peşə bayramına yeni uğurlarla

Bakı, 8 noyabr, AZƏRTAC

Bakı metrosunun müstəqillik illərindəki fəaliyyəti iqtisadi inkişafın həm Azərbaycan modelini, həm də bazar iqtisadiyyatının başlıca qanunlarının tələblərinin sosial əsaslı layihələrlə uzlaşdırılmasını tələb edirdi. 2014-cü il fevralın 27-də dövlətimizin başçısının Sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC də bu zərurətin diktəsi ilə yarandı. Bundan sonrakı son 8 ilə yaxın dövr Bakı metropoliteninin tarixinə hərtərəfli inkişafın böyük sürəti ilə daxil olub.

AZƏRTAC xəbər verir ki, bu müddətdə metropolitendəki yenilikləri birəbir sadalamaq mümkünsüz olsa da, bəzi əsas məqamları ümumi şəkildə qeyd etmək zərurətini də danmaq olmaz.

Buraya, ilk növbədə, hərəkətin təşkili və təhlükəsizliyi ilə bağlı sahələri daxil etmək lazımdır. Hərəkət vahidləri və hərəkətin təşkili, yol, tunel, enerji təminatı sistemi, işarəvermə və rabitə qurğuları müasir dövrün texnoloji yeniliklərinə, korporativ idarəetmə mexanizmlərinin tətbiqi sayəsində elmi-texniki tərəqqinin tələbləri ilə ayaqlaşa bilən kadrlara ehtiyacı daha çox olan sahələrdir. Son illər vaqon təmirinin maddi-texniki bazasının möhkəmləndirilməsi, depoda vaqon təmiri sahələrinin yenidən qurulması və avadanlıq təchizatı, vaqon təmirçilərinin əmək və məişət şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən silsilə tədbirlər təmirin keyfiyyətini xeyli yüksəldib. Xüsusi vurğulanmalı olan məsələ daha geniş təmir həcmi - vaqonların əsaslı təmirinin yerinə yetirilməsidir. İndiyə kimi bu işi yerli şəraitdə aparmaq mümkün olmayıb. 1990-cı illərin sonlarında belə bir cəhd edilsə də, baş tutmayıb. 2017-ci ilin noyabrında fəaliyyətə başlayan vaqonların əsaslı təmiri sexində qaçış məsafəsi bu təmirə uyğun olan vaqonlar nəinki müvafiq texniki tələblərin şərtlərinə uyğun təmir olunur, həmçinin ən yeni avadanlıqlar və qurğularla təmin edilir, modernləşdirilməklə zahiri görkəmləri müasirləşir.

Vaqon parkının yeniləşməsi isə bundan əvvəl başlanıb. “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” ASC-nin istehsal etdiyi yeni vaqonlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub olub, idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Vaqonlararası birbaşa keçidin olması onların sərnişin tutumunu və sərnişinlərin vaqonlarda və platformada bərabər paylanmasını təmin edir. Hazırda vaqon parkında bu vaqonların sayı 95-dir (19 qatar). “Metrovaqonmaş”la 2019-cu ildə bağlanan müqaviləyə görə, vaqon istehsalçıları qarşıdakı ildə Bakı metropolitenini daha 20 vaqonla təmin etməlidirlər.

Əgər ilk vaxtlar yeni vaqonların dövri təmiri istehsalçı şirkətin mütəxəssisləri tərəfindən yerinə yetirilirdisə, indi yerli vaqon təmirçiləri mürəkkəb proses olan qaldırma təmirinin də öhdəsindən gəlirlər. Təmirin uğurlu və ya uğursuzluğunu isə qiymətləndirməyin heç bir çətinliyi yoxdur. Bunun üçün deponun park yollarında xüsusi sınaq yolu yaradılıb. İndi təmirdən çıxan qatarlar, bir vaxtlar olduğu kimi, sərnişindaşıma prosesində xətdə deyil, sınaq yolunda test edilir.

Yol təsərrüfatında aparılan yeniliklərə gəldikdə, yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq ballastsız əsaslar üzərində qurulması, park yollarında ağac şpalların dəmir-beton şpallarla əvəzlənməsi, stansiya yollarında (təmir prosesində) və metro tarixində ilk dəfə istismar olunan tunel şəraitində - “Cəfər Cabbarlı-Xətai” mənzilinin bir hissəsində metronun öz istehsalat sahəsinin məhsulu olan dəmir-beton konstruksiyalardan istifadə olunması qeyd olunmalıdır. Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı cəmiyyətin dəmir-beton konstruksiyaların istehsalı sexində yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur.

Metro infrastrukturunun əsas hissəsi yer altında, tunellərdə yerləşir və aqressiv hidrogeoloji mühitin, qrunt sularının dağıdıcı təsirindən etibarlı şəkildə qorunmalıdır. Bunun üçün ilk növbədə, mühitin kimyəvi, həmçinin qatarların dartı cərəyanından yaranan elektrik korroziyasının tunellərə mənfi təsiri gündəlik iş rejimi şəraitində aradan qaldırılır, axıntılar ləğv edilir, yeraltı sular tunellərdən kənarlaşdırılır, orada təbii və məcburi hava axını yaradılır. Xüsusən korroziya əleyhinə mübarizə prosesində metropolitenin mütəxəssisləri tərəfindən sınanan dünya təcrübəsində istifadə olunan müasir boyalardan istifadə edilir.

Bakı metropolitenində formalaşan qrunt sularından səmərəli istifadə ilə bağlı layihə isə illərin arzularını cəm edən və paytaxt üçün ən mühüm layihələrdəndir. “Nizami” stansiyası yaxınlığında xüsusi qurğularla yer üzərinə çıxarılan su paytaxtda texniki məqsədlər, ən əsası yaşıllıqların suvarılmasında səmərəli istifadə olunur.

Yolun və tunellərin vəziyyəti, orada aparılan təmir və profilaktika işlərinin keyfiyyəti “Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin ilk illərində unikal layihə əsasında qurulmuş diaqnostika kompleksi tərəfindən qiymətləndirilir. Bu kompleks başqa infrastruktur elementlərinin, məsələn, elektrik təchizatı qurğularının, tuneldəki kabellərin, işarəvermə və rabitə sisteminin tunel avadanlıqlarının vəziyyətini və iş keyfiyyətini də yoxlaya bilir.

Hərəkətin qeyri-intensiv olduğu “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarını birləşdirən tunellərdə qruntun qələvi-turşu məhsulları ilə zənginliyi mənzil yolunda tunel geyimlərinə də təsirsiz ötüşmürdü. Ötən əsrin 70-80-ci illərində bu mənzildə hərəkətin təşkili üçün bir yol kifayət idi. Amma qatarların hərəkətinin məkik (o baş-bu baş) rejimdə təşkil olunduğu “Cəfər Cabbarlı-Xətai” mənzilində son illər sərnişin yükünün artması burada hərəkətin intensivliyinin də artırılmasını tələb edirdi. 2016-cı ilin yanvar ayından başlanan işlər nəticəsində “Cəfər Cabbarlı-Xətai” mənzilinin 1-ci yolunda 127 metr sahədə tunel divarlarını bərkitmək üçün köhnə örtük səthini təmizləyib tunelin içərisindən yeni səth yığıldı. Eyni zamanda, tunelin sərt özülü bərpa olundu, stansiya yolu yeniləndi. “Xətai” stansiyasının I yolu, sonradan isə bütün stansiya əsaslı şəkildə təmir edildi.

Enerji təminatının etibarlığı, siqnal və rabitə sistemlərinin dəqiqliyi, stansiya və tunellərin səmərəli havalandırılması olmadan, sərnişin texnikası və avtomatikası (eskalatorlar, travolatorlar, liftlər, gediş kartı aparatları, avtomat nəzarət-buraxılış məntəqələri, yanğın-mühafizə, videomüşahidə sistemləri və sair) lazımi səviyyədə işləməsə, hərəkətin təşkilindən, yüksək xidmət mədəniyyətindən, sərnişinlərin rahatlığı və təhlükəsizliyindən söz gedə bilməz. Son 5-6 ildə metronun enerji təminatı bazasının möhkəmləndirilməsi, fövqəladə hallarda yeraltı yolların alternativ enerji mənbələrindən qidalanması sahəsində əsaslı işlər görülüb. Depo ərazisində 2 yarımstansiya yeni bina ilə təmin olunmaqla müasir standartlar səviyyəsində qurulub. Eyni işlər “İçərişəhər”, “Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” stansiyalarının elektrik təminatı bazalarında, digər dartı və alçaldıcı elektrik yarımstansiyalarında da yerinə yetirilib. Ən əsası, metropoliten stansiyaları hətta şəhərdə işıqlar yanmayanda belə çalışacaq. Azərbaycan Prezidentinin 2018-ci ildə qarşıya qoyduğu əsas vəzifəyə nail olan metropolitençilər elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranacağı təqdirdə belə ilk əvvəl qatarların stansiyalara çıxarılması və sərnişinlərin təxliyəsini həyata keçirəcək. Daha sonra isə müvafiq qaydalara uyğun olaraq, yeni iş rejiminə keçməklə minimal tələblər çərçivəsində sərnişindaşıma fəaliyyətini davam etdirəcək.

Gələcəkdə metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni “Bənövşəyi xətt”də və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.

Yarım əsrdən artıq bir istismar dövrü yaşayan Bakı metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib.

Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən artığı yenilənib. Sovet dövrünün eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.

Metropoliten son illərdə həm də sosial layihələrin geniş meydanına çevrilib. Sərgi salonlarına çevrilmiş “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının keçidləri xüsusi qeyd oluna bilər. Mövzu baxımından Azərbaycan və dünya mədəniyyətinin incilərinin qalereyası olan stansiyada sonuncu sərgi Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad etməsinə həsr olunub.

Ümumiyyətlə, sosial layihələr baxımından Bakı metropoliteni ölkəmiz üçün ən əhəmiyyətli bir layihəsi ilə günün nəbzini tutub. Metropoliten əlil arabası istifadəçilərinə, ümumən, fiziki olaraq bu nəqliyyatdan faydalana bilməyənlər üçün əlçatandır. 2019-cu ilin martından Bakı metropolitenində əlil arabası ilə daşımalara başlanılıb və bu layihə get-gedə genişlənməkdədir.

Yeni uğurları ilə Bakı metropoliteni fəaliyyətinin 54-cü ilini başa vurur. Çoxminlik metropoliten kollektivi həmişə Bakıda normal həyat şəraitinin təmin olunmasında üzərinə düşən məsuliyyət yükünün ağırlığını dərk edir və şəhər sərnişindaşımalarında özünəməxsus üstünlükləri qoruyub saxlayaraq daha da artıracağına, sərnişinlərinə xidmətin səviyyəsini daha da yüksəldilməsinə, onların təhlükəsizliyinin, rahatlığının təmin olunmasına inamla zəmanət verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR