Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosunun fəaliyyətə başlamasından 54 il ötür

Şəhərin nəbzinin tutan nəqliyyat vasitəsi

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan tarixinə şərəfli salnamənin yazıldığı dövrdə yaşayırıq. Bu dövr 30 ilə yaxındır düşmən tapdağı altında olan doğma torpaqların azad edilməsi kimi şərəfli və qürurverici hissləri bizlərə yaşadan şanlı Zəfər tarixi ilə bağlıdır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi xalqımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunacaq.

Bu tarixi uğurlar planeti təhdid edən COVID-19-la mübarizə fonunda qazanılıb. Dünya hələ də bu gözəgörünməz düşmənlə mübarizədə mütləq qalibiyyət əldə edə bilməyib. Ölkəmizdə də virusla mübarizə davam edir. Xüsusi risk qrupunda olan Bakı metropoliteni virusun yayılmasını minimuma endirmək üçün hələ 2020-ci il yanvarın sonundan işçilər və sərnişinlər arasında geniş maarifləndirmə şəbəkəsini qurub, 2020-ci il fevral ayının 21-dən isə tibbi-profilaktik, sanitar-gigiyenik tədbirlərə, genişmiqyaslı müntəzəm dezinfeksiya işlərinə başlayıb. Görülən bütün tədbirlərə baxmayaraq, 2020-ci ildə metropoliten 202 gün, 2021-ci ildə isə may ayının 31-nə kimi - 150 gün sərnişinlərinə daşıma xidməti göstərməyib. Sərnişindaşımada məhdudiyyətlərə rəğmən metropoliten yeniliklərə doğru irəliləməkdədir.

AZƏRTAC xəbər verir ki, bu qeyri-adi tarixi dövrün çətinlikləri şəraitində belə, Bakı metropolitençiləri sərnişindaşımadakı 54-cü ildönümünü alnıaçıq, əmək uğurları ilə qeyd edirlər. Təsadüfi deyil ki, Bakıda metronun açılışına həsr olunan və demək olar ki, eyni vaxtda yaranan mahnıda (Polad Bülbüloğlunun “Bakı metrosu” mahnısı) Bakı metrosuna 8-ci möcüzə deyilir. Bunu bədii bənzətmə, mübaliğə kimi qəbul etsək də, əslində, Bakı metrosu həmin dövr üçün, həqiqətən, bir möcüzə idi.

Dünyanın olmasa da, metro tikintisi tarixinin əsl möcüzəsi

Ötən əsrin 40-cı illərinin sonlarında Bakıda metro tikintisi üzrə geoloji axtarış işlərinin nəticələrini yekunlaşdıran Moskva mütəxəssisləri buranın yeraltı nəqliyyat üçün yararsız olması qənaətinə gəldilər. Amma Bakının qazma işlərində böyük təcrübəsi var idi. 1930-cu illərdə aparılan yeraltı neft anbarlarının tikintisi yerli qazmaçı mütəxəssislərin təcrübəsini daha da genişləndirmişdi. Bunlar və respublika hökumətinin təkidləri Bakıda metronun tikintisinə başlamaq barədə yekdil qərarın verilməsilə nəticələndi və bu gün biz dünyanın ən müasir şəhər nəqliyyatı sistemləri ilə yanaşı durmağa layiq metropolitenə malikik.

Bu gün Bakı metrosu 3 xətt, 26 stansiyadan ibarət 40 kilometrə yaxın yeraltı dəmir yolu şəbəkəsidir. 54 il bundan əvvəl 1967-ci il noyabrın 6-da “Bakı Soveti” (indi - “İçərişəhər”) stansiyasından təntənəli şəkildə yola salınan ilk qatar sonuncu “Nəriman Nərimanov” stansiyasına çatmaq üçün yerin altı ilə 6,5 kilometr yol qət etməklə “26 Bakı komissarı” (“Sahil”), “28 Aprel”( “28 May”), “Gənclik” stansiyalarından keçmişdi.

Bu illər çox şeyi dəyişib, həyatımıza, dünyamıza, ölkəmizə, Bakımıza neçə-neçə yeniliklər gətirib. Bakı metrosu da bu yeniləşmənin sürətilə ayaqlaşıb, inkişaf edib, genişlənib. İndi Bakı metrosu müstəqil ölkənin günü-gündən gözəlləşən paytaxtının ən sürətli, təhlükəsiz müasir sərnişin nəqliyyatı vasitəsidir.

Müstəqilliyin ilk illərində bütün ölkə kimi metropoliten də çox böyük iqtisadi çətinliklər məngənəsində sıxıldı, dərin böhranlı günlər yaşadı. Bakının ən böyük nəqliyyat arteriyası bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığı günləri də yaddaşında saxlayır.

Ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin ölkədə siyasi sabitliyin bərpası ilə bağlı həyata keçirdiyi rasional, uzaq gələcəyə hesablanan iqtisadi siyasəti nəticəsində ölkə böhrandan çıxdı və yaxın illər üçün inkişafın başlıca istiqamətləri müəyyənləşdirildi. Bu da tez bir zamanda metronun fəaliyyətində öz əksini tapdı, ən ağır günlərdə belə, şəhərin yeraltı nəqliyyatında hərəkət cədvəlini bütün çətinliklərə rəğmən təmin edən kollektivin daha rahat işləməsinə zəmin və gələcəyə inam yaratdı. Tez bir zamanda metronun sabit fəaliyyətinin etibarlığını yetərincə təmin edən ən zəruri tədbirlər həyata keçirildi.

2000-ci illərin əvvəllərindən, xüsusən ulu öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin iqtisadi-siyasi inkişafı barədə sələfinin tutduğu platformanı, başlıca istiqaməti davam etdirməklə iqtisadi, siyasi, mədəni sahələrdə inkişafın günbəgün artan sürətinə nail oldu.

İqtisadi yüksəlişin başlıca göstəricilərindən biri də nəqliyyat sektorunun, eləcə də şəhər sərnişindaşıma sisteminin fəaliyyətidir. Burada əsas vəzifə şəhərin istismarda olan yeraltı yollarının səmərəli işini təmin etməklə yanaşı, yeni yolların salınması, metro xətlərinin inkişaf etdirilməsi idi.

İlk növbədə, metro tikintisinin Şimal sahəsində 10 ildən artıq idi yarımçıq qalan işlər tamamlandı. 2006-cı ildə Şimal sahəsinin “Memar Əcəmi-Nəsimi” mənzilində işlər bərpa olundu. 2008-2011-ci illər ərzində Yaşıl xəttin 3 yeni - “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları istismara verildi.

O vaxta qədər isə metronun sonrakı inkişafının istiqamətləri müəyyənləşmişdi. Artıq ortada Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi” var idi. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində milli metro tikintisi sənayesi texnoloji yeniliklər, müasir texniki qurğu və avadanlıqlarla silahlanıb, yeni güc kəsb etdi. 2011-ci ildə Bənövşəyi xəttin qazma işlərində Almaniya istehsalı olan “Herrenknext” və ABŞ-ın “Robbins” tunelqazma komplekslərinin tətbiqi Bakıda tunel tikintisi sahəsində yeni nailiyyət oldu.

2016-cı il aprel ayının 16-sı müstəqil Azərbaycanın ilk metro xəttinin - “Bənövşəyi xətt”in “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları istismara verildi. Ən müasir texnologiyaların tətbiq edilməyə başladığı yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub. Hər iki stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travolator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün lift quraşdırılıb.

“Bənövşəyi xətt”in 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər günü şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyasının bu ilin may ayında istismara verilməsindən sonra, inşaat işləri xəttin, şərti olaraq, “B-04” adlandırılan stansiyasında başlayıb. Xəttin deposunun birinci mərhələ üzrə inşası, buradakı şərti adı “Xocasən” olan stansiyanın tikintisi isə önümüzdəki ildə yekunlaşacaq. Yaxın gələcəkdə “Yaşıl xətt”in “Xətai”, eləcə də “Dərnəgül” stansiyalarından davam etdirilməsi üzrə işlər başlanacaq. Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə layihə Bakının yeni baş planında da xüsusi olaraq nəzərə alınıb. Bir neçə mərhələdən ibarət olmaqla, planda nəzərdə tutulan yeni tunellərin və stansiyaların inşası paytaxtın əsas sosial-iqtisadi infrastrukturuna, onun inteqrasiya olunmuş ictimai sərnişindaşıma sektorunun inkişafına xüsusi təkan verəcək. Bakı metrosu isə son illərin sərnişindaşıma problemlərini geridə qoymaqla, sərnişinlərinə nümunəvi xidmətini daha da geniş formatda davam etdirmək imkanı qazanacaq.

2021-ci il COVID-19 pandemiyası çətinliklərinə rəğmən inşası yekunlaşan 26-cı stansiya təkcə innovasiyaların, yeni düşüncə tərzinin məhsulu, texnoloji yeniliklər stansiyası deyil. Bəli, burada ilk dəfə bir mənzil tunellərinin tamamilə dəmir-beton bloklardan qurulması xüsusi qeyd edilməlidir. Yeni tipli təmas relsi, yoldəyişdirici qurğular, yolun üstquruluş elementlərindən danışmaq olar. Avtomatlaşdırılmış hərəkət cədvəlinin, ilk dəfə yeni tipli elektrik yarımstansiyasının, metropoliten daxilində dizel-generator stansiyasının ilk dəfə burada tətbiq edilməsi də xüsusi mövzudur.

Planda mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır. 2009-cu il dekabrın 30-da “28 May”, 2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyalarının ikinci giriş-çıxışları istismara verilib. Dövlət proqramına uyğun olaraq, 2008-ci il dekabrın 29-da “İçərişəhər”, 2011-ci il dekabrın 30-da “Koroğlu”, 2015-ci il mayın 5-də “28 May", 2018-ci il iyunun 7-də “Sahil”, 2019-cu il martın 26-da “Bakmil” və sentyabrın 12-də “Xətai” stansiyaları əsaslı təmir olunaraq simasını dəyişib, yeniləşib.

Metroda stansiyaların, piyada keçidləri və vestibüllərin yenidən qurulması əhatəli və böyük mövzudur. Biz burada “Bakı Metropoliteni” QSC-nin son 8 ildə stansiyalarda apardığı və bu gün də davam edən tikinti, geniş yenidənqurma işlərinin ünvanlarını sadəcə olaraq sadalaya bilərik: “Elmlər Akademiyası” stansiyasının II girişinin istismara verilməsi, eskalatorlar yenilənməklə əsas vestibülün təmiri, bu il orada hər iki stansiya yolunun yeni texnologiyalar üzrə qurulması, “Nizami” stansiyasında nadir sənət incisi olan mozaik pannoların tam orijinal görkəmdə bərpası ilə platforma və stansiya yolunun təmiri, “İnşaatçılar”, “Gənclik”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Xalqlar dostluğu”, “Neftçilər” stansiyalarında piyada keçidləri və vestibüllərin əsaslı təmiri, habelə 3 əvəzinə 4 yeni eskalator quraşdırılmış “28 May”, “Sahil” və “Xətai” ilə yanaşı, “20 Yanvar” və İnşaatçılar” stansiyalarında eskalatorların yenilənməsi.

Hazırda yenidənqurma işləri mərhələlərlə və sərnişindaşımaya tam bağlanmadan “Cəfər Cabbarlı” stansiyasında davam etdirilir. 2021-ci il həm də bu stansiyada bir yolunun və ona bitişik platformasında təmir-bərpa, yenidənqurma işlərinin, əsasən, başa çatdırılması ilə əlamətdar olub.

Metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyasının inşa edilməsi və 84,3 kilometr metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Bir sözlə, qarşıda inşaat-təmir sahəsində görüləcək işlər çoxdur. Metropolitençilər hər il bu yeniliklərin işığında gələcəyə addımlamaq əzmindədirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb