Bakı Musiqi Akademiyasında balaca ifaçının çıxışı maraqla qarşılanıb
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının tələbə və şagirdlərinin Yeni il münasibətilə yekun konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə iştirakçılar arasında Bakı-Oksford məktəbinin “Foundation I” sinfinin 4 yaşlı üzvü Camel Dadaşzadə fortepianoda balaca, zərif barmaqlarıyla “Uşaq pyesi”ni məharətlə ifa edib. Balaca ifaçının çıxışı tamaşaçılar tərəfindən marağa səbəb olub və alqışlarla qarşılanıb.