Bakı Slavyan Universitetində əcnəbi dinləyicilər üçün “açıq dərs” keçirilib
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən hazırlıq kurslarında əcnəbi dinləyicilər üçün “açıq dərs” keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, əcnəbi tələbələrlə iş üzrə dekanlıq tərəfindən təşkil olunmuş dərsi rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mətanət Dadaşova keçib.
Birinci semestrin yekun hesabatı kimi nəzərdə tutulan “açıq dərs”də tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Aida Şahbazova, əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova, əcnəbi tələbələrlə iş üzrə dekanlığın metodisti Nuranə Eyvazova iştirak ediblər.
Qeyd edək ki, Çin, Pakistan, İran, ABŞ, İspaniya, Qambiya və Türkmənistandan gəlmiş səkkiz dinləyici ötən il oktyabrın 31-dən BSU-da hazırlıq kurslarına başlayıb.