Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun AZƏRTAC-a müsahibəsi

Bakı, 3 may, AZƏRTAC

Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-genişləndirmə işləri artıq yekunlaşıb. 2023-cü ildən aktiv şəkildə həyata keçirilən layihənin tamamlanması ölkəmizi Şərq-Qərb marşrutu üzərində mühüm nəqliyyat qovşağına çevirəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BTQ dəmir yolu xəttində aparılan modernləşdirmə işləri və yolun genişləndirilməsinin ölkəmizin tranzit potensialının artırılması və bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində gətirəcəyi faydalarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Hörmətli Rövşən müəllim, bildiyimiz qədərilə BTQ-nin Gürcüstandan keçən hissəsinin genişləndirilməsi tamamlanıb. Bu o deməkdir ki, Şərq-Qərb nəqliyyat bağlantısı üçün yeni imkanlar açılıb. Yenilənmiş BTQ dəmir yolu xətti nələr vəd edir?

- Bəli, BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Mayın 20-sindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start veriləcək. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin Azərbaycan ərazisindən Avropaya daha sürətli çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatıb. Yükaşırma həcminin 5 milyon tona çatdırılması hədəfi Prezident İlham Əliyevin tapşırığı əsasında müəyyən edilmişdi və ötən ildən etibarən məhz bu istiqamətdə aktiv şəkildə genişləndirmə işlərində başlanmışdı.

Qeyd etdiyim kimi, işlər artıq tamamlanıb. İndi ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsini daşımağa, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır.

- Layihənin həyata keçirilməsi, görülən işlər barədə danışmağınızı istərdik. İki qitənin nəqliyyat bağlantısına yeni nəfəs gətirəcək BTQ dəmir yolu xətti necə modernləşdirildi?

- 2017-ci ildə istismara verilən BTQ dəmir yolunun genişləndirilməsi və layihə üzrə işlərin tamamlanması məqsədilə 2022-ci ilin sonunda layihə yenidən qiymətləndirildi və yeni layihə planı hazırlandı. Beynəlxalq standartlara əsasən layihələrin idarə edilməsi sistemi tətbiq edildi, BTQ-nin Gürcüstandan keçən hissəsində müşahidə olunan sərt iqlim və bəzi yerlərdə dəniz səviyyəsindən 2400 metr hündürlükdə yerləşən əlverişsiz relyefə baxmayaraq, intensiv iş rejimi quruldu. Sərt iqlim dedikdə hətta Sibirlə müqayisə oluna biləcək hava şəraitini - bəzən 30 dərəcəyədək soyuyan şaxtalı havanı nəzərdə tuturam. Böyük iş həcmi fonunda yükdaşımaların da paralel həyata keçirilməsi layihənin tamamlanmasına maneə törətdiyi üçün ötən ilin may ayında BTQ ilə yükdaşıma dayandırılmışdı. Bütün bunlara baxmayaraq layihənin sürətli icrası davam etdirildi, nəzərdə tutulan işlərin sona çatdırılması mümkün oldu.

Görülən işlər çərçivəsində 61 kilometr uzunluğunda dəmir yolu xətti, 98 kilometrlik kontakt şəbəkə xətti, 172 kilometrlik 10 kV-luq məftil, 338 kilometrlik fiber-optik kabel çəkildi, eyni zamanda, 160 min kubmetr şeben verilərək xüsusi texnika vasitəsilə yollar yenidən işləndi, 120 kilometrlik hissədə bordür daşları qoyuldu və 41 kilometr piyada və avtomobil yolları asfaltlandı.

- Ölkəmizdə dəmir yolları da daxil olmaqla nəqliyyat infrastrukturu yenilənir, qlobal dəhlizlərə inteqrasiya sürətlənir. Prezident İlham Əliyev bu yaxınlarda qeyd etdi ki, Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Dəmir yolu ilə tranzit yükdaşımalarda vəziyyət necədir?

- Son iyirimi ildə dəmir yolu ilə tranzit yükdaşımalarda əhəmiyyətli artım qeydə alınıb. Misal üçün qeyd edim ki, 2019-cu ildə 3,8 milyon ton tranzit yükü daşınmışdısa, 2023-cü ildə bu rəqəm 6,8 milyon tona çatıb. Ötən ilin ilk dörd ayı ilə müqayisədə bu ilin yanvar-aprel aylarında daşınan tranzit yüklərin həcmi 14 faiz artıb. Azot gübrələri, buğda unu və qara metal borular kimi yüklərin həcmində 120-200 faiz artım var. BTQ-nin də tərkib hissəsi olduğu Şərq-Qərb dəhlizi üzrə bu ilin birinci rübündə 10 faiz daha çox tranzit yükü daşımışıq.

Yenilənmiş BTQ xətti qardaş ölkə olan Türkiyə ilə quruda birbaşa dəmir yolu əlaqəmizi təmin edəcək, ölkələrimiz arasında daha çox yüklərin daşınmasına töhfə verəcək.

Modernləşdirilmiş edilmiş BTQ dəmir yolu ilə indi daha çox yükü daha tez daşıya biləcəyik. Yəni 1 milyon ton illik yükaşırma həcminin 5 milyon tona çatması ilə BTQ Şərqdən Qərbə və əks istiqamətə ölkəmiz üzərindən yükdaşımaların həcm və sürətinə töhfə verəcək.

- İndi BTQ, qeyd etdiyiniz kimi, daha çox yük daşımaq gücündədir. Regionumuzda isə yükdaşımaların həcmi sürətlə artır. BTQ-nin Şərq-Qərb bağlantısında səmərəli fəaliyyətini təmin etmək üçün planlar nədən ibarətdir?

- BTQ dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsindən sonrakı mərhələdə əsas fəaliyyət istiqamətlərimizdən biri Azərbaycan və Gürcüstan arasında birgə müəssisənin yaradılmasıdır. Bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. Hələ modernləşdirmə işləri həyata keçirilən dövrdə birgə müəssisənin yaradılması üçün gürcüstanlı həmkarlarımızla müvafiq işlərə başlamışdıq. İşlər davam edir, bu ay bütün prosedurları tamamlayıb müəssisənin yaradılması planlaşdırılır.

- Bu ilin yanvar ayında Çindən konteyner blok qatarlarla yükdaşımanın bərpası baş tutdu, ilk qatar qəbul edildi. Bu istiqamətdə hansı irəliləyişlər var? Bildiyimiz qədərilə 2024-cü il ərzində daha çox blok qatarın Azərbaycana göndərilməsi nəzərdə tutulur.

- Bəli, yanvar ayında Orta Dəhlizlə Çindən 7-si idxal, 3-ü tranzit olmaqla ilk qatarlar qəbul edildi. Tranzit yüklər Çin-Qazaxıstan sərhədindən Azərbaycandan keçməklə Gürcüstan limanlarına ortalama 10 günə çatıb. İdxal yüklər üçün bu müddət 8 gün olub. ADY olaraq yükləri Bakı Dəniz Ticarət Limanından birbaşa qatarlara yükləyərək aidiyyəti üzrə çatdırmışıq.

Bu ilin ilk dörd ayında Şərq-Qərb dəhlizi üzrə ümumilikdə 34 blok qatar olmaqla 6319 TEU konteyner yük daşınıb. Onlardan 10 blok qatar (4020 TEU konteyner) tranzit yükü, 24 blok qatar və (2299 TEU konteyner) idxal yükü olub. 2023-cü ildə ADY tərəfindən ümumilikdə 105 265 TEU konteyner daşınıb ki, bu da 2022-ci illə müqayisədə 30 faiz çoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Məhəmməd Şərif: A-Hub Akselerasiya Proqramı kimi təşəbbüslər gənclərə öz ideyalarını biznesə çevirməyə kömək edir

Mustafa Abitoğlu: “Üzgüçülük hamı üçün” layihəsində yeni bir tarix yazmaq üçün gəlmişik

Türkiyənin bəzi bölgələrində yerli özünüidarə orqanlarına təkrar seçkilər keçirilir

Metronun “28 May” stansiyasında ölüm faktı ilə bağlı araşdırma aparılır

Fərid Qayıbov: Sevindirici haldır ki, üzgüçülük yarışında müxtəlif yaşda olan insanlara rast gəlinir

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar

Şahbuz rayonunda 82 millimetrlik minaatan mərmisi aşkar olunub

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Rəşad Əzizov: İslam dünyası ölkələrinin böyük startaplar üçün bazara çevrilməsi olduqca vacibdir

Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 10 mərkəzdə aparılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib

A-Hub Akselerasiya Proqramının dünya finalı keçirilib

Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

İtaliyada Respublika Günü qeyd olunur

Sərnişin metroda stansiya yoluna düşüb

Metyu Brayza: Azərbaycanın COP29-a möhtəşəm ev sahibliyi edəcəyi indidən məlumdur

İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi bölgələrdə 35 dərəcə isti olacaq

Azərbaycanın daha bir boksçusu Olimpiadaya vəsiqə qazanıb

Kürdəmirdə yol qəzasında sürücü ölüb VİDEO

“Zəfərlə taclandırılmış Müstəqillik!” adlı maarifləndirici tədbir keçirilib

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Binəqədi rayonunda sursat aşkarlanıb VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, dolu düşüb, şimşək çaxıb – FAKTİKİ HAVA

Azərbaycanın səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət ediblər

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Bu gün qəbul imtahanında iştirak edən ən yaşlı abituriyentin yaşı 58, ən gəncinin isə 16-dır

“Qarabağ” Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq

Zelenski ABŞ müdafiə naziri ilə görüşüb

İstanbul sahillərində qayıq estakada ilə toqquşaraq batıb, 10 nəfər xilas edilib

Bu gün Qəbələdə beynəlxalq basketbol turnirinə start veriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportu: Regional hava limanlarından yeni reyslərin açılması gözlənilir

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Dünya hava məkanında mühüm yerə malik olan 86 illik mülki aviasiyamız

Rostov vilayətində meşə yanğınının sahəsi 117 hektara çatıb

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Leyla Bəşirova: Akrobatikada ən vacib məsələ bir-birini hiss etməkdir

Antalyada Roma dövrünə aid heykəllər tapılıb

Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul imtahanı keçirilir

Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verir

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şəhid övladlarının Bulvar gəzintisi təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub