Bakıda 14 bağ evindən oğurluq edən şəxslər saxlanılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxsləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıblar. Əməliyyat zamanı Şamaxı rayon sakini Elgün Qəhrəmanov və Sabunçu rayon sakini Nəcəfqulu Quliyev tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onların Nardaran, Ləhic, Maştağa və Bilgəh bağlarında 14 evdən əsasən kombi aparatı, televizor və digər məişət əşyaları oğurladıqları məlum olub. Bağ evlərinə oğurluğa E.Qəhrəmanov daxil olub. Daha sonra o, oğurladığı əşyaları N.Quliyevin avtomobili ilə həmin ərazidən apararaq satıb. Oğurluq malların satışından əldə edilən pul isə hər iki şəxsin arasında bölünüb.
Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.