BAKIDA 346 AVTOXULİQAN SAXLANILMIŞDIR
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-cı ilin 6 ayında keçirilmiş əməli tədbirlər zamanı paytaxtda yol hərəkəti qaydalarını davamlı və kobud surətdə pozan, ictimaiyyətə açıq hörmətsizlik edən 346 avtoxuliqan aşkar edilmişdir. Onların barəsində müvafiq sənədlər tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə tədbir görülməsi üçün polis idarələrinə və məhkəmələrə göndərilmişdir.
Saxlanılan avtoxuliqanlardan 78-i inzibati həbs olunmuş, 169-u müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilmiş, qalanlarına qarşı isə müvafiq cərimələr tətbiq olunmuşdur.