Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda ASAIF-in XI Yay Forumu başa çatmışdır

Bakı, 31 avqust (AZƏRTAC). Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında XI Yay Forumu avqustun 31-də işini panel iclasları ilə davam etdirmişdir. 

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın tolerantlıq mərkəzi kimi dünyada təbliğ edilməsi” mövzusunda keçirilmiş birinci panel iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskgəndərovun “Tolerantlığın Azərbaycan modeli” mövzusunda çıxışı dinlənilmişdir.

Ölkəmizdə əsrlər boyu tolerantlıq və dinlərarası qarşılıqlı anlaşmanın davam etdiyini diqqətə çatdıran DQİDK-nın sədri bildirmişdir ki, Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olması həmin sahəyə xüsusi diqqət və qayğının nəticəsidir. Azərbaycan yeganə ölkədir ki, burada tarixən bütün dinlər üçün münbit şərait yaradılmışdır. E.İskəndərov müasir dünyada gedən proseslərin fonunda bu cür qarşılıqlı anlaşma və tolerantlıq mühitinin formalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Hazırda ölkəmizdə bütün dinlərin nümayəndələrinin dini ayinlərini azad şəkildə icra etdiklərini diqqətə çatdıran E.İskəndərov bunun nümunəvi tolerantlıq modeli olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, son illər ölkəmizdə sürətli iqtisadi-siyasi inkişafla yanaşı, dini yerlərin, məscidlərin bərpası və tikintisi də genişlənmişdir.

Azərbaycanda tolerantlığın əsasının ölkəmizdə mənəvi ənənələrin dirçəldilməsində və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdıran DQİDK-nın sədri bildirmişdir ki, hazırda Prezident İlham Əliyev Ulu Öndərin bu müdrik və uzaqgörən siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısı din məsələlərinə, ölkədə konfessiyalararası sülhə və həmrəyliyə çox böyük diqqət yetirir.

Bildirilmişdir ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında sülhün və əmin-amanlığın, dostluq, qardaşlıq və əməkdaşlığın bərqərar olması dövlətimiz tərəfindən düzgün müəyyən edilmiş milli dini siyasətin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Tolerantlıq və qarşılıqlı ehtiram bizim gündəlik həyat tərzimizdir. Ölkəmizdə yaşayan bütün xalqlar, onların etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayırlar. Bu gün Azərbaycan başqa sahələrdə olduğu kimi, tolerantlıq baxımından da bir sıra ölkələr üçün uğurlu nümunədir.

DQİDK-nın sədri Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən dini tolerantlıq sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkələrdə təhsil alan gənclərimizin üzərinə çox böyük vəzifələr düşdüyünü vurğulamış, onları bu məsuliyyəti dərindən dərk etməyə, respublikamıza həsr olunmuş tədbirlərdə fəallıq göstərməyə çağırmışdır. E.İskəndərov bildirmişdir ki, DQİDK gəncləri bu istiqamətdə lazımi materiallarla təmin edəcəkdir.

Komitə sədri xaricdə təhsil alan gənclərin ölkəmizdəki dini tolerantlığın dünyada təbliğ edilməsi işinə töhfələr verəcəklərinə əminliyini bildirmiş, onlara uğurlar arzulamışdır.

“Azərbaycanda gənclər üçün yeni imkanlar” mövzusunda keçirilmiş ikinci panel iclasında bir sıra dövlət qurumlarının rəhbərləri iştirak etmişlər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafı Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın müxtəlif iqtisadi rayonlarında sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılan güzəştli kreditin həcmi ildən-ilə artır.

Bu sahədə gənclərə daha çox üstünlük verildiyini diqqətə çatdıran Ş.Abdullayev demişdir ki, dövlət tərəfindən verilən kreditlər hesabına yeni iş yerləri açılır, gənclər işlə təmin olunurlar.

Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsində yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu bildirən Ş.Abdullayev xarici ölkələrdə təhsil almaq üçün gedən gənclərin digər sahələrlə yanaşı, aqrar sahə üzrə ixtisaslara da üstünlük vermələrini tövsiyə etmişdir.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, gördüyü işlərdən söz açmışdır. Qeyd olunmuşdur ki, fondun həyata keçirdiyi yerli və xarici layihələrdə ASAIF-in üzvləri də fəal iştirak edirlər.

Gənclər Fondunun yaradılmasının ölkəmizdə aparılan uğurlu dövlət gənclər siyasətinin, gəncliyin inkişafına göstərilən diqqət və qayğının parlaq nümunəsi olduğunu vurğulayan F.Hacıyev gənclərlə əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. O, gəncləri fond ilə əməkdaşlığa və bu qurumun qrant müsabiqələrində iştiraka dəvət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev ölkədə yaradılmış fondların çevik, səmərəli mexanizmlər olduğunu diqqətə çatdırmış, gənclərin potensialından düzgün istifadə etməyin vacibliyini vurğulamışdır. Rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi üç ildə xeyli sayda layihələrin, o cümlədən gənc tədqiqatçılar üçün xüsusi qrant müsabiqəsinin keçirildiyini söyləyən E.Babayev müsabiqələrdə iştirak qaydaları haqqında geniş məlumat vermişdir.

Xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakı maliyyələşdirən “Mobillik qrantı” müsabiqəsinin əhəmiyyətindən söz açan E.Babayev gəncləri fondun layihələrində iştiraka dəvət etmiş, onların elmi potensiallarının ölkəmizdəki fondlar tərəfindən reallaşdırılacağına əminliyini bildirmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov təmsil etdiyi qurumun cəmi bir həftə əvvəl fəaliyyətə başladığını diqqətə çatdırmışdır. Fondun məqsədlərindən söz açan A.Bayramov demişdir ki, əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsində sahibkarlığın dəstəklənməsidir. Cari ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu qeyd edən icraçı direktorun müavini bildirmişdir ki, bununla əlaqədar olaraq fondun maliyyə dəstəyi ilə bir sıra qrant müsabiqələri keçiriləcəkdir. A.Bayramov xaricdə təhsil alan gənclərin də bu müsabiqələrdə iştirakının əhəmiyyətini qeyd etmiş, fondun rəsmi saytı vasitəsilə bu qurumun fəaliyyətini izləməyin mümkünlüyünü diqqətə çatdırmışdır.

Sonra mövzular ətrafında müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar cavablandırmışdır.

Bununla da Bakıda ASAIF-in “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında XI Yay Forumu öz işini başa çatdırmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub