Bakıda atçılığın konkur növü üzrə “Bahar Kuboku” beynəlxalq turniri başlamışdır
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də “Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI3*-W kateqoriyalı “Bahar Kuboku” beynəlxalq turniri başlamışdır.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan və Polşadan olan jokeylər yarışırlar. Yarışda ölkəmizin idman şərəfini Camal Rəhimov, Patrik Mak Enti, Seyid Musayev, Qennadi Qaşıbeyazov, Hikmət Musayev və Kənan Novruzov qoruyurlar.
Turniri Türkiyə, İran və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə edir.
Mayın 14-də yekun vurulacaq turnirin ümumi mükafat fondu 156 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]