BAKIDA AZƏRBAYCAN–İRAN MÜNASİBƏTLƏRİNİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttarın iyunun 4-dən Azərbaycana səfəri başlayır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ikigünlük səfər çərçivəsində iranlı dipomatın bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan-İran dövlətlərarası müştərək komissiyasının Bakıda keçiriləcək növbəti iclasına dair məsələlər müzakirə olunacaq və iclasın tarixi müəyyənləşdiriləcəkdir.