İQTİSADİYYAT
Bakıda Azərbaycan–Tatarıstan biznes forumu keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16698200724413934760_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16698200721055619080_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16698200725305912960_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16698200726394119891_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1669820072783337820_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16698200725292717727_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16698200725488024139_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16698200724296464499_1200x630.jpg)
Bakı, 29 noyabr, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın Rusiya Federasiyası ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Baş nazirin müavini strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiya Federasiyasının federal subyektləri ilə də həyata keçirildiyini qeyd edib, işgüzar dairələrin iştirakı ilə tədbirlərin, həmçinin bu gün baş tutan biznes forumun Azərbaycanla Tatarıstan arasında iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Rusiyanın digər federal subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf imkanlarını qeyd edib. R.Minnixanov işgüzar dairələri Azərbaycan-Tatarıstan biznes forumunda fəal müzakirələrə, əməkdaşlığın genişləndirilməsinə və yeni əlaqələrin qurulmasına dəvət edib.
Tədbir çərçivəsində Azərbaycan və Tatarıstan şirkətləri öz fəaliyyətləri barədə məlumat verib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Biznes forumda Tatarıstanın Ticarət-Sənaye Palatası ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də Azərbaycanın Ticarət və Sənaye Palatası arasında, həminin Tatarıstanın “I-Plast” şirkəti ilə Azərbaycanın “ISE Management” və “Klinifiks” şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.