Bakıda futtennis üzrə ikinci beynəlxalq turnir davam edir
Bakı, 4 mart, AZƏRTAC
Bakıda keçirilən futtennis üzrə ikinci beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə 4 Azərbaycan komandası ilə yanaşı, Rusiya, Gürcüstan və İran kollektivləri də birincilik uğrunda mübarizə aparırlar.
Ölkəmizi yarışda ASTA, "EGE Hospital", "Leon" və "Marafon" klubları təmsil edirlər.
Turnirin qalibləri bu gün müəyyənləşəcək.
Beynəlxalq turniri izləyənlər arasında Beynəlxalq Tələbə Futbolu İttifaqının baş direktoru Andrey Stukalov, Ümumrusiya Həvəskar Futbol Liqasının prezidenti Maksim Simonov və Azərbaycan Futnet Federasiyasının rəhbərliyi də var.