BAKIDA I AZƏRBAYCAN BEYNƏLXALQ MEBEL SƏRGİSİ AÇILIR
Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov, Bakı Mebel Sərgisinin meneceri Kamran Mehdiyev jurnalistlər qarşısında çıxış edərək demişlər ki, sərgi oktyabrın 29-da Bakı İdman-Sərgi kompleksində açılacaq və ayın 31-dək davam edəcəkdir. Son 8 ildə mebel bölməsi BakuBuild tikinti sərgisi çərçivəsində təqdim olunmuşdur. Təşkilatçılar - İTE Group Plc Britaniya sərgi şirkəti və onun Azərbaycandakı eksklüziv tərəfdaşı İteca Caspian LTD ölkə iqtisadiyyatının bu bölməsinin intensiv inkişafını və mebel sənayesinə olan böyük marağı nəzərə alaraq, mebel sərgisini tikinti sərgisindən ayrı keçirmək qərarına gəlmişlər. Bu sərgidə dünyanın 11 ölkəsindən - İtaliya, Almaniya, Rusiya, Suriya, Polşa və başqalarından 34 şirkət iştirak edir. İştirakçıların 60 faizi Azərbaycan şirkətləridir. Onların arasında “Arzu-Aİ”, “Embavvood”, “İnterıor Desıgn”, “İtaldizaın”, “Caspian freıght services”, “Kleıberıt”, “Tağıyev İKF”, “Həsənoğlu” və başqa şirkətlər vardır. Onlar mənzillər və bağ evləri üçün mebel, mebel istehsalından ötrü alətlər və avadanlıq, xalça və döşəmə örtükləri, mebel parçaları, çıraqlar, güzgülər, şüşə məmulatı, pəncərə pərdələri, divar kağızları və s. nümayiş etdirəcəklər.
Mətbuat konfransında məlumat verilmişdir ki, əvvəlkilərdən fərqli olaraq, bu dəfəki sərginin qapıları mütəxəssislərlə yanaşı, həm də mebel və aksessuar almaq istəyən hər kəsin üzünə açıqdır.