Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilir VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Bakı Konqres Mərkəzində “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir gəncləri, dövlət və özəl sektor nümayəndələrini, o cümlədən beynəlxalq təşkilatları bir araya gətirib.
Tədbirdə çıxış edən QHGT-nin sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki, “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi” çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və seminarlar vasitəsilə proqram iştirakçıları beynəlxalq əlaqələr, dayanıqlı təcrübələrin təşviqi, yaşıl enerji keçidi və şəhərsalma kimi bir sıra aktual mövzularla bağlı bilik və bacarıqlara yiyələnəcəklər. Layihə çərçivəsində keçiriləcək təlimlər gənclər arasında elm, diplomatiya və kommunikasiyanın dövrümüzdəki əvəzsiz rolu, o cümlədən dayanıqlı şəhərlərin inkişafı üçün innovativ həllərlə bağlı vacib müzakirələrə təkan verəcək.
Qeyd edək ki, ötən il region gəncləri daxil olmaqla, yüzə yaxın gəncin iştirakı ilə keçirilmiş "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" növbəti dəfə bu il fevralın 5-dən 7-dək Bakı şəhərində davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [11:38]
Ötən gün narkotiklərlə əlaqədar 37 fakt müəyyən edilib
- 05.02.2026 [10:56]
Hatayın yeni siması: Türkiyədə dağıdıcı zəlzələlərin izləri silinir
- 05.02.2026 [10:55]
Hacıqabulda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
- 05.02.2026 [10:53]
BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır VİDEO
Səyyar “ASAN xidmət” Ağdaşda
- [10:58]
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]
"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb
- 04.02.2026 [23:58]
Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar
- 04.02.2026 [23:03]
Qarlı Bakı havası
- 04.02.2026 [22:51]
Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb
- 04.02.2026 [22:10]
Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb
- 04.02.2026 [21:59]
Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır
- 04.02.2026 [21:55]
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb
- 04.02.2026 [21:41]
Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub
- 04.02.2026 [20:55]
Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək
- 04.02.2026 [20:46]
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb
- 04.02.2026 [20:38]
Donald Tramp: Prezident Si ilə yaxşı münasibətlərim var
- 04.02.2026 [20:36]
Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik
- 04.02.2026 [20:12]
Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib
- 04.02.2026 [19:39]
TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir
- 04.02.2026 [19:36]
Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir
- 04.02.2026 [19:25]