Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb
Bakı, 4 fevral, AZƏRTAC
Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.
Hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [22:51]
Qarlı Bakı havası
- 04.02.2026 [20:11]
Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı VİDEO
- 04.02.2026 [19:36]
TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir
- 04.02.2026 [19:25]
Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar VİDEO
- 04.02.2026 [19:13]
Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- 04.02.2026 [18:18]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- 04.02.2026 [18:11]