Gimnastika üzrə Olimpiya çempionu Parisdən sonra ilk yarışını Bakıda keçirəcək
Bakı, 5 fevral, AZƏRTAC
İdman gimnastikası üzrə ikiqat dünya və Olimpiya çempionu Ris MakKlenaqan “Paris-2024” Yay Olimpiya Oyunlarından sonra ilk yarışını Bakıda keçirəcək.
AZƏRTAC BBC-yə istinadən xəbər verir ki, irlandiyalı gimnast mart ayında Bakıda təşkil olunacaq Dünya Kubokunda çıxış edəcək.
26 yaşlı idmançı ötən ilin iyulunda çiyin nahiyəsindən əməliyyat olunub və bu səbəbdən heç bir yarışa qatılmayıb. Gimnast Paris Olimpiadasından sonra ilk dəfə məhz Azərbaycanda medal uğrunda mübarizə aparacaq.
O, martın 5-8-də Bakıda keçiriləcək Dünya Kubokunda və ayın 12-15-də Türkiyənin Antalya şəhərində baş tutacaq növbəti mərhələdə qüvvəsini sınayacaq.
Bakıdakı yarış üçün İrlandiya yığmasının heyətində, həmçinin Eymin Montqomeri, Oşin O'Konnell, Daniel Foks, Çester Enrikes və Ceyms Hikki də yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]