Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi, 4 ünvanında fiziki şəxs Gülü Ədalət qızı Cəfərquluyevaya məxsus “Uğurlu dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innnovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.