Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi açılıb
Bakı, 5 fevral, AZƏRTAC
Milli Kitabxanada görkəmli biblioqrafiyaşünas-alim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılovun anadan olmasının 70 illik yubileyi münasibətilə “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin biblioqrafiya, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikasına dair dərslik və dərs vəsaitləri, monoqrafiyaları, elmi məcmuələrdə çıxan çoxsaylı tədqiqatları, “Ön söz”ünün müəllifi, rəyçi və redaktoru olduğu kitablar, tərtib etdiyi biblioqrafiyalar və s. Azərbaycan və xarici dillərdə resurslar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Nadir_Ismayilov/index.htm linkindən istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [12:47]
Ekspert Şurasının növbəti iclası keçirilib
- 05.02.2026 [12:20]
Mərcan gözlü Batabatın qış nağılı VİDEO
- 05.02.2026 [12:00]
Neftin və tarixin izi: Nobel qardaşlarının ev-muzeyi VİDEO
- 05.02.2026 [10:20]
Bu gün Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır
- 05.02.2026 [09:05]
Bütün nəsillərin müasiri
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]