BAKIDA KEÇİRİLƏCƏK BEYNƏLXALQ SİMPOZİUMDA ENDOUROLOGİYANIN MÜASİR NAİLİYYƏTLƏRİ MÜZAKİRƏ OLUNACAQDIR
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu urologiya və operativ nefrologiya kafedrasının professoru Samir Cavadzadə demişdir ki, simpoziumda Rusiya Federasiyasının (RF) baş uroloqu, professor Aleksey Martov, həmçinin baş laparoskopik cərrahı, professor Vladimir Medvedev, Almaniyanın Münxen Universiteti urologiya klinikasının müdiri, professor Rudolf Hartunq və başqaları məruzə edəcəklər. Eyni zamanda, simpoziuma qatılan həkimlər xüsusi cərrahiyyə əməliyyatları aparacaqlar. Bu zaman Almaniyadan gətirilmiş yeni avadanlıqdan istifadə olunacaqdır.
Baş sponsoru Almaniyanın “Karl Ştorts” şirkəti olan simpoziumda böyrək daşı, prostat vəzinin adenoması kimi bir çox uroloji xəstəliklərin endoskopik müalicə üsulları müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]