BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ BOKS TURNİRİNDƏ AZƏRBAYCAN İDMANÇILARI 7 QIZIL MEDAL QAZANMIŞLAR
Azərbaycan Texniki Universitetində tanınmış idmançı Abbas Ağalarovun xatirəsinə həsr edilmiş yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatmışdır.
` AZƏRTAC Boks Federasiyasına istinadən xəbər verir ki, turnirdə uğurla çıxış etmiş Azərbaycan boksçuları yeddi çəki dərəcəsində qızıl medallara layiq görülmüşlər. Onlardan Salman Əlizadə (46 kq), Nihad Seyidov (48 kq), Elnur Zeynalov (50 kq), Şahin Əliyev (63kq), Sərvan Əliyev (66 kq), Teymur Məmmədov (80 kq), Fərqan Ömərov (86 kq) bütün rəqiblərinə qalib gələrək ən yüksək pilləyə qalxmışlar.
Qazaxıstan idmançıları 4, Özbəkistan 2, Rusiya 1 qızıl medala sahib çıxmışlar.
Azərbaycan boksçuları komanda birinciliyində 1-ci yeri tutmuşlar.
Xatırladaq ki, yarışda səkkiz ölkədən 98 idmançı iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]