Bakıda Mahatma Qandinin 150 illiyi qeyd ediləcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Hindistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində iştirakçılara musiqi və rəqs proqramı təqdim ediləcək , həmçinin Mahatma Qandinin həyat və fəaliyyəti haqqında məlumat veriləcək.
Mohandas Karamçand “Mahatma” Qandi (2 oktyabr 1869-cu il, Porbandr, Qucarat - 30 yanvar 1948, Yeni Dehli) - hind siyasi və ictimai xadimi, Hindistanın Böyük Britaniyadan müstəqilliyi uğrunda hərəkatın rəhbəri və ideoloqlarından biridir. Onun qeyri-zorakılıq fəlsəfəsi (satyaqraxa) dinc yolla dəyişiklik tərəfdarlarının hərəkatına böyük təsir göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]