Bakıda müasir incəsənət festivalı “Park-Bulvar”da incəsənət gecəsi” adlı sərginin açılışı ilə başlanmışdır
Bakı, 13 may (AZƏRTAC). Mayın 13-də “Park-Bulvar” ticarət və istirahət mərkəzində yerləşən “Zeytun” restoranında “Qarant Sığorta”, “Azərçay” və digər şirkətlərin dəstəyi ilə müasir incəsənət festivalı başlanmışdır.
AZƏRTAC xəbər verir ki, bir çox ölkələrdə qeyd olunan “Muzeydə bir gecə” tədbirinin formatından fərqli olaraq Bakıda keçirilən festivalın məqsədi mümkün qədər çox insanı Azərbaycanın müasir incəsənət əsərləri ilə tanış etməkdən ibarətdir.
Bu festivalda Azərbaycanın 20 müasir rəssam və heykəltəraşının ən yaxşı əsərləri təqdim edilmişdir. İştirakçılar isə bəyəndikləri əsərləri əldə etmək imkanı qazanmışlar.
Sərgidə nümayiş etdirilən Vüqar Əlinin səxavətli və həqiqi “yay” palitrası, Vüqar Muradovun yaradıcılığındakı dərin çalarların lirikası, Niyazi Nəcəfovun xəzinəsindən kəskin mövzular və aydın rənglər, Emin Əsgərovun tapmacaları və zərif yarımçalarları, Fərid Rəsulovun isə “fitnə-fəsadlı” və dəcəl süjetləri, o cümlədən tanınmış heykəltәraşlar Teymur Rüstəmovun intellektual rebusları, Mahmud Rüstəmovun futuristik obrazları, Məmməd Rəşidovun tamamilə yeni nəfəsli və material baxımdan novator kompozisiyaları tamaşaçıların xüsusi marağına səbəb olmuşdur.
Sərgi mayın 23-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]