Bakıda növbəti cıdır yarışları keçirilmişdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 15-də Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə növbəti cıdır yarışları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 2 yaşlı Qarabağ və Dilbaz atlarının yarışında jokey Orxan Həsənov “Kətan”, 2 yaşlı ingilis atlarının mübarizəsində isə Nazim Azayev “Palmida” ləqəbli atla birinci olmuşlar.
Jokey Rauf Tahirov “Palıd”, Xvitiso Abilaşvili isə “Eqero fo Falm 3” ləqəbli atlarla müvafiq olaraq 3 yaşlı Qarabağ, Dilbaz və 3 yaşlı ingilis atlarının yarışında qalib gəlmişlər.
Dörd yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Ramiz İbrahimov “Apallon”, 4 yaş və yuxarı ərəb atlarının mübarizəsində isə Səxavət Azayev “Nibeluq” ləqəbli atla rəqiblərindən üstün olmuşlar.
Qaliblərə diplom və pul mükafatı təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]