BAKIDA QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ YARMARKASI KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi və Quşçular Cəmiyyətinin təşkilatçılığı ilə quş əti və yumurta satışı üzrə yarmarkaların keçirilməsi davam etdirilir.
Əhalinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınmasında əhəmiyyətli olan bu cür növbəti yarmarka fevralın 9-da keçiriləcəkdir.
Fevralın 9-dan etibarən quş əti və yumurta satışı yarmarkaları “Təzə bazar” və 3-cü mikrorayon bazarı ilə yanaşı, Sabunçu bazarında da təşkil ediləcəkdir. Quşçuluq təsərrüfatlarının yarmarkalara 500 min ədədə yaxın yumurta və 22-25 ton quş ətinin çıxaracağı gözlənilir.
Yarmarkalarda alıcılara keyfiyyətli və bazar qiymətlərindən ucuz mallar təklif olunacaqdır. Yumurtanın 1 ədədi üçün 8-10 qəpik, keyfiyyətli quş ətinin hər kiloqramı üçün 2 manat 60 qəpik qiymət müəyyənləşdirilmişdir.
Bundan başqa, ötən həftədən “Təzə bazar”dakı 6 mağazada quş əti və yumurta satışı üzrə daimi (həftənin bütün günlərində) yarmarka fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]