BAKIDA UROLOQLARIN BEYNƏLXALQ SİMPOZİUMU AÇILMIŞDIR
Simpoziumu ADHTİ-nin rektoru, akademik Mirməmməd Cavadzadə açmışdır. O, təbabətin endourologiya kimi mühüm sahəsinin inkişafından danışaraq, yeni texnologiyalara keçməyin zəruriliyini vurğulamışdır. Onun fikrincə, simpoziumun iştirakçıları bu texnologiyaların nə dərəcədə səmərəli olduğunu yəqin edə bilərlər. Belə də olmuşdur. Simpoziumun iştirakçısı, Rusiyanın baş uroloqu, professor A.Martovun prostat vəzidə apardığı nümunəvi cərrahi əməliyyat “hadisə yerindən” birbaşa konfrans salonunun ekranına translyasiya olunmuşdur. Əməliyyat qansız, orqanizmin toxumalarına toxunmadan, endoskopiya üsulu ilə aparılmışdır.
Karl Storz şirkətinin nümayəndəsi, bu sülalənin davamçısı olan Karl-Kristian Ştorts texnoloji nailiyyətlər haqqında məruzə etmişdir. O, altmış il əvvəl yaradılan və tibb avadanlığı istehsal edən şirkətin tarixindən qısaca danışmışdır. Ştorts vurğulamışdır ki, bütün bu dövr ərzində şirkət fəaliyyətini təkmilləşdirmişdir, təbabətin hər hansı bir konkret sahəsində qazandığı nailiyyətlərlə kifayətlənmir. İndi Karl Storz ginekologiya, urologiya, ürək-damar xəstəlikləri, teletəbabət və s. deməkdir.
Simpozium sentyabrın 15-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]