Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

BAKIDA VOLEYBOL ÜZRƏ OLİMPİYA LİSENZİYA TURNİRİ BAŞLANDI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TURNİRİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Yanvarın 5-də Bakı İdman-Konsert Kompleksində qadın komandaları arasında voleybol üzrə olimpiya lisenziya turnirinin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdilər. Salona toplaşanlar Azərbaycan dövlətinin başçısını alqışlarla qarşıladılar.

Turnirin iştirakçıları – Almaniya, Hollandiya, Polşa, Rusiya, İtaliya, Bolqarıstan, Türkiyə və Azərbaycan yığma komandaları idman marşının sədaları altında salona daxil oldular.

Xalqımızın ümummili lideri Prezident Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edildi.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Turnirin təşkilatçıları Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi və respublika Voleybol Federasiyasıdır. Qeyd etmək lazımdır ki, turnirin oyunları “Avrosport” telekanalı, habelə iştirakçı ölkələrin telekanalları ilə yayımlanır.

Azərbaycan və Rusiya komandalarının görüşü başlanmazdan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndi.

Azərbaycan və Rusiya komandalarının oyunu həmişə prinsipial xarakter daşıyır, cünki onlar hücum voleyboluna üstünlük verirlər.

Görüşün ilk dəqiqələrindən voleybolçularımız təşəbbüsə yiyələnərək, ilk texniki fasiləyədək hesabda bir top üstünlüklə irəli çıxdılar. Lakin rəqiblər oyunun qalan hissəsini yüksək səviyyədə keçirərək 25:20 hesabı ilə qalib gəldilər.

Faiq Qarayevin yetirmələri ikinci hissənin əvvəlində bütün xətlərdə yaxşı oyun nümayiş etdirməyə başladılar və hesabda yeddi top fərqlə irəli çıxdılar. Lakin onlar bu üstünlüyü axıradək saxlaya bilməyərək, cüzi fərqlə - 26:24 hesabı ilə uduzdular.

Üçüncü hissə olduqca gərgin keçdi. Rəqiblər növbə ilə hesabda irəli çıxırdılar. Bu mübarizədə Azərbaycan voleybolçuları daha böyük əzmkarlıq göstərərək 28:26 hesabı ilə üstün gəldilər.

Dördüncü hissə Rusiya voleybolçularının üstünlüyü şəraitində keçdi və onlar bunu axıradək əldə saxladılar – 25:20.

Beləliklə, yığma voleybolçularımız qrup turnirinin birinci görüşündə gözəl oyun nümayiş etdirsələr də, daha təcrübəli olan, dünyanın güclü komandalarından biri sayılan Rusiya komandasına uduzdular - 1:3.

Yanvarın 6-da Azərbaycan voleybolçuları Almaniya komandası ilə qarşılaşacaqlar.

X X X

Həmin gün daha iki oyun olmuşdur.

İlk görüş “B” qrupuna daxil olan Hollandiya və Bolqarıstan komandaları arasında keçirildi.

Oyun başlanmazdan əvvəl bu ölkələrin dövlət himnləri səsləndi.

Birinci hissə bolqarların üstünlüyü ilə başa çatdı – 25:17. Komanda ikinci hissədə də yaxşı oyun nümayiş etdirdi – 25:18. Üçüncü hissədə hollandiyalılar bir sıra hallarda rəqibləri ilə bərabər səviyyədə mübarizə aparsalar da, məğlubiyyətə uğradılar – 23:25.

Görüş 3:0 hesabı ilə Borqarıstan voleybolçularının xeyrinə qurtardı.

“B” qrupunda çıxış edən Türkiyə və İtaliya komandalarının görüşü başlanmazdan əvvəl bu ölkələrin dövlət himnləri səsləndi.

Oyun gərgin idman mübarizə şəraitində keçdi. Birinci hissə italyanların qələbəsi ilə sona yetdi – 25:23. İkinci və üçüncü hissələrdə türklər fərqləndilər və dalbadal qələbə qazandılar. Türkiyə komandasında Nəslixan Dəmir və Natalya Xalıqoğlu xüsusilə gözəl oyun göstərdilər.

Dördüncü hissədə gərginlik son həddə çatdı. İtalyanların bütün cəhdlərinə baxmayaraq, Türkiyə yığma komandası qalib gəldi - 3:1.

Yanvarın 6-da Azərbaycan-Almaniya, Rusiya-Polşa, Bolqarıstan-İtaliya görüşləri keçiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilibYENİLƏNİB

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Məhkum qadınlar hazırladıqları hədiyyələri uşaqlara təqdim ediblər

Son beş ayda əlilliyi olan 44 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Xaricdə yaşayan Monqolustan vətəndaşları parlament seçkiləri üçün səs verirlər

105 yaşlı qadın Stanford Universitetinin magistr diplomunu alıb

Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Beynəlxalq təşkilatın rəhbəri Azərbaycanın malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib

Mədəniyyət Nazirliyi: Təmir-bərpa və abadlıq işlərinə ciddi nəzarət olunur

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

Yunanıstan Afinada elektrikli taksilərin sayını on dəfə artırmağı hədəfləyir

Tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib

Qazaxıstanda teleproqramların yerli dildə yayımı 60 faizə çatdırılacaq

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Sabirabadda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək ŞƏRH

Monteneqronun sabiq Baş naziri: COP29-a hazırlıq prosesini dəstəkləməyə hər zaman hazırıq

Azərbaycan millisinin sabiq futbolçusu klubların avrokuboklardakı şanslarını dəyərləndirib

Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketi razılaşdırılıb

Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı duet konsert təqdim edilib

Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB

“Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” - beynəlxalq konfrans

Türkiyə Prezidenti gələn ay dörd ölkəyə səfər edəcək

“Business Standard”: Bu il 4,3 min nəfər milyonçu Hindistanı tərk edə bilər

Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən muğam gecəsi təşkil olunub

İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq

Qazaxıstanda üç xarici universitetin kampusu açılacaq

IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib

Azərbaycanın 3 yunan-Roma güləşçisi BRICS Oyunlarında medal qazanıb

Türkiyə qaz idxalı həcmini azaldıb

Azərbaycan, Türkiyə və Rusiyanın kimyaçı alimləri mühüm elmi nəticə əldə ediblər

Ötən il Türkiyənin idxal etdiyi qazın 20 faizdən çoxu Azərbaycanın payına düşüb

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar VİDEO

Qazaxıstan parlamenti Senatı TDT ilə yükdaşımalar sahəsində sazişi təsdiqləyib

Əbdüləziz əl-Tüveycri: COP29 böyük imkanlara malik ölkədə keçiriləcəyinə görə uğurlu olacaq

İştvan Apati: Azərbaycan və macar xalqları bütün çətinliklərə rəğmən yeni başlanğıc üçün özlərində güc tapa biliblər

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

Azərbaycanlı aktrisa “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub

Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırıblar

Vladanka Andreyeva: COP29 gənclərin səsinin eşidilməsi üçün yaxşı fürsətdir

Azərbaycan klubu milli komandanın voleybolçusunu transfer edib

Filip Vuyanoviç: Azərbaycan ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının idarə edilməsi baxımından digər ölkələr üçün yaxşı nümunədir

"Sabah" klubunun kapitanı: Püşk qarşımıza ən çətin rəqibi çıxardı

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi COP29-a ev sahibliyi etməyimiz üçün bizə ilham verdi

Üç ölkənin müəyyən ərazilərinə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar

Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək

Alman professor: Azərbaycan vətəndaşları sığorta risklərini necə həll edəcəklərini düşünürlər

Sabah bəzi yerlərdə arabir leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

Fransa-Ermənistan tandemi hər iki ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər ŞƏRH

UNICEF: Hava çirkliliyi qlobal miqyasda əsas ölüm faktorlarından biridir

Türk dünyası: Birlikdə yeni strateji hədəflərə doğru

Yalçın Rəfiyev: COP29-a hazırlıqla bağlı görülən işlər təyin edilən vaxta uyğun gedir

Azərbaycan paraüzgüçüsünə “Paris-2024”də iştirak hüququ verilib -EKSKLÜZİV

Avropanın qaz ehtiyatlarının həcmi 74 faizi ötüb

ICESCO Ümumdünya Qaçqınlar Günü ilə bağlı müraciət yayıb

Ölkəmiz Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olunub

İsmail Serageldin: Bu gün İKT sahəsi və elm təbii fəlakətləri qabaqlamağa imkan yaradır

İtalyan türkoloqun “Dədə Qorqud kitabı” ilə bağlı araşdırmaları” Azərbaycan dilində çapdan çıxıb

Polşa ukraynalı qaçqınlar üçün bəzi ödənişləri ləğv edəcək

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

“Defence News”: ABŞ Çinin robot-itlərinin döyüş meydanına çıxa biləcəyindən narahatdır

AFFA Premyer Liqa klubunun sabiq məşqçisini cəzalandırıb

Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri məsələləri müzakirə edilir YENİLƏNƏCƏK

Salvadorda leysan yağışları 11 nəfərin ölümünə, 800-dən çox insanın təxliyə edilməsinə səbəb olub

FIFA reytinqi: Futbol üzrə Azərbaycan millisi bir pillə irəliləyib

Nazir: İqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik

Fərid Qayıbov: Azərbaycan əhalisinin dörddəbirini gənclər təşkil edir

Azərbaycanın Məhkəmə-Hüquq Şurası Koreyada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Taxıl sahələrinin 30 faizində biçin yekunlaşıb

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində "Elm, texnologiya və innovasiyanın rolu” mövzusu müzakirə olunub YENİLƏNİB

BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir

Azərbaycan futzal millisinin FIFA reytinqindəki mövqeyi bəlli olub

Alimlər: Yer iqlimi Günəşin sıx ulduzlararası buluddan keçməsinin təsirinə məruz qalacaq

Avro-2024: Almaniya millisi öz rekordunu yeniləyib

Dünya alimləri AzMİU-da – “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfrans keçirilir

Ötən ay 3,2 mindən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Ombudsman Aparatının və Bakı Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə sahilyanı təmizlik aksiyası keçirilib

Honkonq Kore Akademiyası ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakıdakı Rus evində Maksim Qorkinin Bakı səyahəti barədə mühazirə oxunub

“Zəngi qəzeti”nin qadın müxbirləri - Araşdırma

Ağdamın 3 kəndinə yeni elektrik xətlərinin çəkilişi nəzərdə tutulub

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd) keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri: Biz əhalinin xərclərini öz üzərimizə götürürük

Türkiyənin 2 vilayətində 5 terrorçu zərərsizləşdirilib

Ekvadorda kəskin hava şəraiti 126 nəfəri evsiz qoyub

® “STP Şirkətlər Qrupu” yeni əməkdaşlığa imza atıb

ASA: Azərbaycanda sığorta xidmətləri penetrasiyasının böyüməsi üçün potensial var

AEBA-nın koordinatoru: İqlim probleminə həll yolları axtarmaq üçün COP29 əla fürsətdir

Mərakeş donanması Atlantik okeanı sahillərində 91 miqrantı xilas edib

Rusiya Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib

Muxtar Babayev: COVID-19 ilə iqlim dəyişikliyinə qarşı birgə mübarizəmiz arasında paralellər olduqca əhəmiyyətlidir

AMEA və Çinin Hebey Sosial Elmlər Akademiyası əməkdaşlıq edəcək

Yeni Kaledoniyanın xarici işlər naziri: Fransanı xalqımızın hüquqlarını tanımağa çağırırıq VİDEO

“Araz-Naxçıvan” klubunun yay hazırlıq planı açıqlanıb

Məcnun Məmmədov: Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur

Nigar Arpadarai: COP29-da əsas prioritet iqlim dəyişikliyi problemlərinin həllinə sərmayə cəlb etməkdir

Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür