"Sabah" klubunun kapitanı: Püşk qarşımıza ən çətin rəqibi çıxardı
Bakı, 20 iyun, AZƏRTAC
"Hələ püşkatma mərasimindən öncə güclü komanda ilə qarşılaşacağımızı bilirdik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah"ın kapitanı Elvin Camalov Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" ( Hayfa) klubu ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
O, avrokuboklara vəsiqə qazanan hər bir komandanın güclü olduğunu bildirib: "Beynəlxalq arenada iştirak edən komandalar öz ölkələrinin güclüləridir. Fikrimcə, püşk qarşımıza ən çətin rəqibi çıxardı. Lakin şikayətlənmirik. Meydana çıxıb yaxşı mübarizə aparmalıyıq. İnanıram ki, "Makkabi" ilə oyunlarda uğurlu nəticə qazanaraq azarkeşləri və bizə güvənən insanları sevindirəcəyik".
Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də doğma meydanda keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]